Həsən bəy Zərdabi küç. 88A, AZ1011
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir. Business Insight daxili struktur dəyişikliklərinə gedərək 2004-cü il may ayından etibarən Azərbaycanda yerli özəl şirkət olaraq fəaliyyətinə davam etməkdədir.Business Insight 1998-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq, sosial araşdırmalar və promo kampaniyalar sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.