Şirkət haqqında

Respublika Diaqnostika Mərkəzi

  • 31/07/2021
  • 8006

Haqqında

Respublika Diaqnostika Mərkəzi (RDM) Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının yüksək səviyyəli özəl klinikalarından olub, ən müasir cihazlarla təchiz edilmiş laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarının ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Pasiyentlərimizə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bunun sayəsində xəstələrimiz öz vaxtına və maddi vəsaitinə qənaət etmiş olurlar. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı mərkəzimizin üstünlüklərindəndir. Lakin göstərdiyimiz xidməti şəhərin digər əksər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir!

İş Elanları

Company Information

Telefon

(012) 530-90-29

Əlaqədar şəxs

HR

Adres

147 Tbilisi prospekti, Bakı

Website

https://rdm.az/