Şirkət haqqında

Ricon MMC

  • 27/09/2021
  • 582

Haqqında

1983-cü ildə təsis olunmuş “XARİCİTİKİNTİQURAŞDIRMA” ASC Azərbaycan Respublikasında energetika, su meliorasiya, sənaye və mülki tikinti obyektlərinin tikintisi sahəsində ixtisaslaşmış təşkilat kimi, ölkəmizdə və ölkəmizdən kənarda bir çox mühüm lahiyələrin tikintisini aparmışdır. Neçə illər fəaliyyət göstərən cəmiyyət, öz kollektivində yüksək dərəcəli mütəxəssis və mühəndis heyəti yetişdirmişdir. 2003-cü ildə təsis olunan “RİCON” Məhdud Məsuliyyətli Cəmiyyəti, bu cəmiyyət ilə birgə adı çəkilən lahiyələrdə müştərək fəaliyyət göstərmişdir. Öz təcrübəsini “XARİCİTİKİNTİQURAŞDIRMA” ASC-dən alan “RİCON” MMC bu günə qədər bir sıra sənaye, mülki və ictimai obyektlərin tikintisi və sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında mühüm işlər görmüşdür. Lakin ölkəmizin daimi inkişafı və yeni texnologiyaların müasir standartlarını nəzərə alaraq, biz öz təcrübəmizi genişləndirməklə yanaşı bir çox mütəxəssisləri bu standartlara uyğun yetişdirib, görülən işlərimizi daha da təkmilləşdiririk. Bunun nəticəsi olaraq, Almaniyanın TUVNORD - beynəlxalq sertifikatlaşdırma şirkətinin auidit yoxlamasından uğurla keçib, İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 sertifikatlarını əldə etdik. Və qarşımıza daimi inkişafı hədəf olaraq təyin etdik.

İş Elanları

Company Information

Telefon

(055) 700-00-04

Əlaqədar şəxs

HR

E-mail

hr@ricon.az

Adres

45 Əliyar Əliyev, Bakı

Website

http://www.ricon.az/