Vakansiya haqqında

Şüa diaqnostika üzrə həkim

Həkim

İş barədə məlumat

Tələb olunan xüsusi biliklər

- Tibbi praktikada icazə verilən müasir diaqnostika, müalicə, reabilitasiya və profilaktika üsullarını istifadə etməklə Şüa diaqnostikası üzrə tibbi xidmət göstərir;

- Pasientlərin şüa diaqnostikası müayinəsinə hazırlanması, müayinənin aparılması;

-  Müayinə protokolunun tərtibi;

- Pasientin müəyyən edilmiş standartlara və qaydalara uyğun müayinə planının təyin edilməsi,

- Şüa diaqnostikası müayinəsinin daha rasional üsullarının işlənib hazırlanması və tətbiqi, müasir tibbdə yeni müayinə üsullarının təqib olunması və yeniliklərin tətbiqi;

- Avadanlığının işinə nəzarət, vaxtaşırı texniki baxış və qulluq prosedurlarının keçirilməsinə  nəzarət.

- Tabeçiliyində olan personalın (həkim-assistent, texnik-operator) işinə rəhbərlik edir, onlara vəzifə öhdəliklərinin yerinə yetirilməsində yardım göstərir, avadanlıqlardan, dərman preparatları və sərf materiallarından rasional istifadə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;

- Tibb personalının ixtisasartırma məşğələlərinin keçirilməsində iştirak edir. Öz işini planlaşdırır və fəaliyyətinin göstəricilərini analiz edir. Qəbul olunmuş qaydalara uyğun olaraq tibbi və digər sənədlərin vaxtında və keyfiyyətli aparılmasını təmin edir;

- Sanitar-maarifləndirici iş aparır. Həkim etikası və deontologiya qaydalarına riayət edir. Tibb mərkəzinin rəhbərliyinin əmrlərini, sərəncamlarını və göstərişlərini, eləcə də öz professional fəaliyyəti üzrə normativ-hüquqi aktlarının tələblərini vaxtında və tam həcmdə yerinə yetirir;

-  Daxili nizam-intizam, yanğınəleyhinə təhlükəsizlik və təhlükəsizlik texnikası, sanitar-epidemioloji qaydalara riayət edir. Tibb mərkəzinin fəaliyyətinə, eləcə də onun işçilərinə, pasientlərinə və ziyarətçilərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğınəleyhinə və sanitar qaydaları pozuntularının aradan qaldırılması üçün rəhbərliyin vaxtında məlumatlandırılması daxil olmaqla operativ tədbirlər görür;

-  Həkim etikası və deontologiya qaydalarına riayət edir;

-  Aşkar etdiyi uyğunsuzluqları qeydiyyata alır, öz fəaliyyəti ilə bağlı yaranmış uyğunsuzluqları təhlil edir və cavablandırır

Namizədə tələblər

-  Sahə üzrə tam ali təhsil;

-  Sahə üzrə Səhiyyə Nazirliyinin tələblərinə müvafiq olaraq sertifikasiya imtahan nəticəsi;

-  Sahə üzrə 5 il iş təcrübəsi.

 

 

 E-mail: [email protected] ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlaqədar şəxs

HR

(012) 440-13-00

Ümumi məlumat

Əmək haqqı

Razılaşma

Yaş

-

Təhsil

Bakalavr

İş təcrübəsi

5 ildən artıq

Şəhər

Bakı

Bitmə tarixi

09/07/2021

Sağlam Ailə

Bakı şəhəri, Rəşid Behbudov küçəsi 56, AZ1014 (“OVİR”in yanı)

(012) 440-13-00

https://www.saglamaile.az/

Oxşar vakansiyalar

• Sığorta hadisəsi üzrə müraciətləri dinləyir və proqrama daxil edir; • Sığortalının tələbinə və təminatına uyğun tibb müəssisəsi ilə əlaqə yaradır, xidməti dəqiqləşdirir; • Sığortalıya xidmət tarixi və yeri barədə məlumat verir; • Sığortalının müraciətlərinin qəbul edilmiş təminata və limitə uyğunluğunu yoxlayır.; • Səyahət sığortası hadisələrinin tənzimlənməsi üzrə sığortalının sığorta hadisəsi ilə bağlı müraciətlərini cavablandırır; • Müraciət etmiş sığortalılarla telefon əlaqəsi...
- İşçilərə ilkin  tibbi yardım göstərmək; - İşçilərin həkim müayinəsindən keçməsini təmin etmək və nəzarət etmək; - Sənəd işləri. İş şəraiti: - İş saatı: 08-00-dan 17-00-dək; - Şənbə günü saat 13:00-a dək; - Bazar günü istirahət; - Servis xidməti mövcuddur; - Nahar şirkət tərəfindən qarşılanır; - İş yeri: Qaradağ rayonunda yerləşir (Qaradağ rayonu, yeni DYP-ilə üzbə-üzdə yerləşir). - Əmək haqqı: Razılşama yolu ilə.  
- Şirkətdə sanitar-epidemioloji iş rejimini təşkil edir və bu iş rejiminə riayət olunmasına nəzarət edir. - Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasın aparır, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, o cümlədən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata...
• Audiometriya müayinəsi aparılması (eşitmə müayinəsi etmək); • Müştəriyə uyğun eşitmə cihazının təyin olunması. • İş vaxtı: 6 gün, saat 10:00 – 19:00; • Əmək haqqı: 800 AZN.
- Optometriya müayinələrinin yerinə yetirilməsi - Uyğun eynək və optik linzanın təyin olunması - İstirahət günü : Həftədə 1 gün
- İlkin diaqnozun təyin edilməsi; - Sığorta olunmuş şəxslərin klinikalara istiqamətləndirilməsi; - Sənədləşdirmə işlərinin (tibbi ekspertizanın aparılması); - Məlumatların proqrama daxil edilməsi; - İş qrafiki: həftəiçi 6 gün, saat 09.00-dan 18.00-dək;
- Müayinələrin, avadanlıqların işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparır. - Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasında iştirak edir. - Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət edir.
• AR əmək məcəlləsinə əsasən sənədləşmə • 6 iş günü, 1 gün istirahət
• Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır. • Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir. • Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına...
- Təcili və təxirəsalınmaz tibbi yardım tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək; - Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən etmək, diaqnoz qoymaq; - Bütün terapevtik manipulyasiyaları və müdaxilələri təsdiq olunmuş ilkin imtiyazlara əsasən aparmaq; - Ona tabe orta və kiçik tibb...