Kamran İmanov

Bakı

IT security

Mənim haqqımda

Salam,  mən Kamran. Mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə üçüncü kurs tələbəsiyəm. Əslində, əvvəllər IT sahəsinə marağım yox idi. Mən jurnalist olmaq istəyirdim. Hekayəm isə belə başladı.

Bir gün oftalmoloqun qəbulunda idim. Həkim mənə bir neçə ümumi dünya görüşü sualı verdi. Məsələn, “Nyutonun birinci qanunu nədir?”, “Kanadanın paytaxtı haradır?” və buna bənzər suallar. Demək olar ki, hamısına düzgün cavab verdim. Daha sonra mənə gələcəkdə hansı peşəyə sahib olmaq istədiyimi soruşdu. Mən isə jurnalist olmaq istədiyimi dedim.

Həkim gülümsəyərək mənə dedi ki, o özü göz həkimi olsa da, elmi araşdırmalar aparır və nəticələrini internetdə elmi məqalə kimi paylaşır. Bu baxımdan, onun da müəyyən mənada jurnalist olduğunu dedi. Daha sonra əlavə etdi ki, bu gün dünyada hər bir insan potensial jurnalistdir. Çünki hər hansı bir hadisə — məsələn, kriminal və ya vacib bir insident baş verəndə insanlar mobil telefon vasitəsilə onu çəkib internetdə paylaşa bilirlər.

Mən evə qayıdandan sonra bu sözlər haqqında çox düşündüm və onun haqlı olduğunu anladım. Daha sonra müxtəlif ixtisasları araşdırmağa başladım və IT sahəsinin mənə daha uyğun olduğunu gördüm. Xüsusilə “Mr. Robot” serialı və “Who Am I?” filmi məndə kibertəhlükəsizlik sahəsinə qarşı böyük maraq yaratdı. Bu sahədə özümü inkişaf etdirmək qərarına gəldim.

Sonra müxtəlif kurslar almağa başladım. Türkiyənin tanınmış kibertəhlükəsizlik mütəxəssislərindən biri olan Atıl Samancıoğlunun Udemy platformasında təqdim etdiyi Ethical Hacking kursuna qoşuldum və burada kibertəhlükəsizliyin əsaslarını öyrəndim. Kurs çərçivəsində, Linux Əməliyyat sistemi istifadəsi, Kali Linux və onun tool-ları (Wireshark, Burp Suit, John the Ripper, Nmap və s) 

2025-ci ilin İyun ayında “4Sİ Milli Proqramı” çərçivəsində, Paşa Holdingin təşkilatçılığı ilə Google və IBM kimi böyük şirkətlərin kibertəhlükəsizlik üzrə sertifikatlarını əldə etdim.

Həmin ilin yay aylarında ASAN Xidmətdə könüllü fəaliyyət göstərdim. Xarici vətəndaşlar üçün miqrasiya ərizələrinin hazırlanmasında iştirak etdim və bu təcrübə sayəsində ingilis dili bacarıqlarımı daha da inkişaf etdirdim. Bununla yanaşı özüm kimi könüllü yoldaşlarıma “kiber təhlükəsizliyin təməlləri dərsi”  keçdim

2025-ci ilin sentyabr ayında isə STEP IT Academy Bakı 100% təqaüd qazandım və burada şəbəkə texnologiyaları üzrə dərslər almağa başladım. Şəbəkə sahəsində biliklərimi inkişaf etdirdikdən sonra, 2026-cı ilin yanvar ayında CCNA sertifikatını əldə etdim.

2026-cı ilin fevral ayında Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə mübadilə proqramına qəbul oldum. Burada biliklərimi daha da artırdım, Java proqramlaşdırma dilini öyrəndim və universitetin Huawei ilə əməkdaşlığı sayəsində Huawei şirkətinə məxsus router və switch-ləri ilə işləmə təcrübəsi qazandım.

Mən bu təcrübə proqramını öz bilik və bacarıqlarımı real iş mühitində inkişaf etdirmək üçün böyük fürsət hesab edirəm. Xüsusilə kibertəhlükəsizlik və şəbəkə texnologiyaları sahəsində qazandığım nəzəri bilikləri praktik şəkildə tətbiq etmək, peşəkar mühitdə yeni təcrübələr qazanmaq və komanda ilə işləmək bacarıqlarımı inkişaf etdirmək istəyirəm.

Öyrənməyə açıq, məsuliyyətli və daim öz üzərində çalışan bir insan olaraq, bu proqram zamanı şirkətinizə dəyər qatacağıma inanıram. Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssis olmaq və beynəlxalq layihələrdə iştirak etmək əsas məqsədlərimdən biridir.


Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Rus — A2 — Elementar
Azərbaycan — C2 — Səlis
Türk — C1 — Yaxşı

Təhsil

Nailiyyətiniz və mükafatlarınız

  • CCNA 2026

    StepIT Azerbaijan kursundan 100% təqaüd qazanaraq 58% discount əldə etdim

  • IBM Cybersecurity Analyst 2025

    4sim National Milli Proqramdan qeydiyyatdan keçərək əldə etdim

  • Google Cybersecurity 2025

    4sim National Milli Proqramdan qeydiyyatdan keçərək əldə etdim

Biliklərim

CCNA

100%

İngilis dili

70%

Kiber Təhlükəsizlik

75%

Network

80%
Telegram kanalımız