Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssis

Bakı

PAŞA Sığorta
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Maliyyə risklərinin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
  • Risk iştahının hazırlanmasında iştirak etmək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Xüsusi tələblər

  • Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
  • Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Bank sahəsi, Big4 şirkətləri və ya sığorta şirkətlərinin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • Stressə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq;
  • Böyük məlumat bazaları ilə işləmək bacarığı;
  • Modelləşdirmə.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız