Metal konstruksiyaların yığılması üzrə çilingər

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Neft-qaz boruların ölçülməsi və qaz kəsici vasitəsilə kəsilməsi.
  • Neft-qaz boruların kəsilən hissələrinin təmizlənməsi və qaynağa hazırlanması.
  • Neft-qaz boruların qaynaq hissələrinin təmizlənməsi.
  • Siyirtmələrin quraşdırılması.
  • Yararsız boruların fermalardan qaz kəsici vasitəsilə kəsilməsi.
  • Fermalardan kəsilən yararsız boruların yenisi ilə əvəz olunması.
  • Yararsız metal döşəmələrinin qaz kəsici vasitəsilə kəsilməsi.
  • Kəsilən metal döşəmələrinin yenisi ilə əvəz olunması.
  • Yeni özüllərinin dəniz sahələrində quraşdırılması
  • Boru dayaqlarla platformanın bərkidilməsi.
  • Bərkidilmiş platformanın üzərinə modulların quraşdırılması.
  • Neft-qaz çıxarılması üçün quyuların yerinin hazırlanması.
  • Neft-qaz çıxarılması üçün quraşdırılmış güllələrin alt hissəsinin bərkidilməsi.
  • İstismara yararsız kranların dəyişdirilməsi
  • Krana birləşən polad vərəqələrin qaz kəsici vasitəsilə kəsilməsi.
  • Yeni kranların bərkidilməsi üçün polad vərəqələrin ölçülməsi və qaz kəsici vasitəsilə kəsilməsi.
  • Yeni kranların bərkidilməsi üçün polad vərəqələrin qaynağa hazırlanması.
  • Platformaların ayaqlarının bərkidilməsi
  • Mane olan boruların və ya dayaqda pas olan yerlərin çəkic ilə təmizlənməsi.
  • Mane olan boruların qaz kəsici vasitəsilə kəsilməsi.
  • Qıraqda hazırlanmış xomutların bolt-qayka vasitəsilə platformanın ayaqlarına bərkidilməsi.
  • Platformada gəmi yanalma meydançalarının dəyişdirilməsi
  • İstismara yararsız meydançaları gəmi kranına qoşulması.
  • İstismara yararsız meydançaların qaz kəsici vasitəsilə kəsilməsi.
  • Kəsilmiş yerlərin laqonda vasitəsilə təmizlənməsi.
  • Yeni qoyulan yanalma meydançalarının qaynağa hazırlanması.
  • Yanalma meydançalarının gəmi kranı ilə qoşub, yerinə quraşdırılması.
  • Yanalma meydançalarının mökəmləndirilməsi üçün boruların və metal vərəqələrin ölçülməsi və qaz kəsici vasitəsilə kəsilməsi.
  • Yanalma meydançalarının mökəmləndirilməsi üçün boruların və metal vərəqələrin qaynağa hazırlanması.
  • Yanalma meydançalarının möhkəmləndirilməsi üçün hazırlanmış borular və metal vərəqələrlə bərkidilməsi. 

Xüsusi tələblər

  • Təhsil pilləsi Peşə təhsili Müvafiq sahə üzrə
  • Əsas metalların mexaniki xassələrini, dartılma, əyilməyə, sıxılmaya yol verilən gücü;
  • Tətbiq olunan qaldırıcı mexanizmlərin mexaniki xarakteristikalarını;
  • Takelaj və qaynaq işlərinin yerinə yetirilmə üsullarını, mürəkkəb və məsul metal konstruksiyaların yığılması üçün işlərin təşkili qaydasını;
  • Mürəkkəb rayberlərin nişanlanma üsullarını;
  • Müxtəlif növ mürəkkəb metal konstruksiyaların təyinatını;
  • Qaldırıcı-nəqliyyat mexanizmlərin istismar şərtlərini, onların etibarlığını müəyyən etmə metodlarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. 

Telegram kanalımız