Təlimatçı

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dinləyicilərdə öyrənilən peşə ixtisas xasiyyətnaməsinin tələblərinə uyğun ixtisas bilikləri, bacarıqları və vərdişlərini formalaşdırmaq;
  • Tədris proqramına uyğun olaraq təlimin planlaşdırılması üzrə sənədləri tərtib etmək;
  • Təhlükəsizlik texnikasının tələblərinə və yanğına qarşı aparılan tədbirlərə uyğun olaraq dinləyicilərin müxtəlif əmək vərdişlərinə yiyələnmələri üçün təlimat keçirmək;
  • Dinləyicilərin müvəffəqiyyətlərinə, nizam – intizamına və davamiyyətinə nəzarət etmək;
  • Tədris qrupu dinləyicilərinin xüsusiyyətlərini öyrənmək, onlarda seçdikləri peşəyə, öyrəndikləri fənlərə maraq aşılamaq, vətənə məhəbbət və əməyə şüurlu münasibət tərbiyə etmək;
  • Müntəzəm olaraq öz хidməti hazırlıq səviyyəsini, хüsusi bilik və təcrübə vərdişlərini yüksəltmək, pedaqоji ustalığını artırmaq, tədris olunan ixtisas-xidmət sahələri üzrə qabaqcıl iş təcrübəsini öyrənmək və dinləyicilərin təlim-tədris və tərbiyəsində peşəkarlıq nümayiş etdirmək;
  • Təlim-tədris materiallarının mənimsənilməsində və müstəqil məşqlərin təşkilində dinləyicilərə kömək etmək;
  • Tədris qruplarına rəhbərlik, fənn kabinetlərinin, idman zalının ümumi səliqə-səhmanına nəzarət edilməsi mərkəz müdirinin tapşırığı ilə müəllimlərə həvalə edilə bilər.
  • Zərurət yarandıqda müasir təlim metodlarından istifadə etməklə dərs keçirmək;
  • Müdirin rəhbərliyi altında görülən bütün işlərin keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz yerinə yetirilməsini təşkil etmək

Xüsusi tələblər

  • Təhsil pilləsi Ali bakalavr / Müvafiq sahə üzrə 
  • İş təcrübəsi 3 İl / Müvafiq sahə üzrə 
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • Əməyin və idarəetmənin əsaslarını;
  • Daxili əmək rejimini;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Telegram kanalımız