Komplayens araşdırmaları üzrə kiçik mütəxəssis

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Etika və Komplayens üzrə pozuntularla bağlı şikayətlərə baxılması və yoxlanılması;
  • Zərərçəkmişlər və şahidlərin dindirilməsi, sübutların qeydə alınması, müşahidələr üzrə ifadələrin verilməsi və şirkətin biznes strukturları və müvafiq qurumlarla müntəzəm əməkdaşlıq, koordinasiya və qarşılıqlı əlaqənin saxlanması;
  • İlkin araşdırmaların aparılması və sonrakı araşdırma fəaliyyəti ilə bağlı tövsiyələrin verilməsi;
  • Tapşırıqların sənədləşdirilməsi;
  • Tədqiqat üzrə hesabatların hazırlanması.

Xüsusi tələblər

  • Hüquq, maliyyə, biznes idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Biznes etikası və komplayens ilə bağlı siyasət, qayda və qlobal standartlar (BMT, OECD, FCPA, Böyük Britaniya Rüşvət Aktı, FATF) haqqında bilik;
  • Telekommunikasiya üzrə qayda və standartlar haqqında bilik;
  • Etika və komplayens, daxili nəzarət, audit və ya təhlükəsizlik sahələri üzrə ən azı 2 illik təsdiq edilmiş təcrübə və ya telekommunikasiya sənayesində (xüsusilə Biq Data və Təhlillər, B2B və B2C/Satış və Marketinq, Müştəri Xidmətləri, Fraud , Daxili Audit, Daxili Nəzarət, Təhlükəsizlik kimi bölmələrdə) 5 illik təcrübə ;
  • Şirkətin Etika və Komplayens siyasəti/prosedurları haqqında məlumatlılıq;
  • Güclü şifahi və yazılı ünsiyyət, analitik düşüncə və təşkilatçılıq, o cümlədən təzyiq altında işləmək bacarığı, çoxsaylı tapşırıqları yerinə yetirmək və son icra tarixlərinə əməl etmək vərdişləri;
  • Korporativ cəmiyyətdə işgüzar əlaqələr yaratmaq, inkişaf etdirmək və saxlamaq, yüksək səviyyədə ünsiyyət qurmaq və müxtəlif qrup insanlar ilə əməkdaşlıq etmək bacarığı;
  • Mürəkkəb qanun və qaydaların izahı və tətbiqi sahəsində təcrübəyə malik olmaq;
  • Müstəqil şəkildə işləmək, qərar qəbul etmək və problem həll etmək bacarığı;
  • Araşdırma zamanı qərəzsiz davranmaq bacarığı;
  • Güclü biznes etikası və məxfiliyi qorumaq bacarığına malik olmaq;
  • Yaradıcı yanaşma və dərin düşüncə nümayiş etdirməklə yanaşı təfərrüatlara diqqət yetirmək bacarığı
  • Yazılı və şifahi şəkildə ünsiyyətə imkan verən Azərbaycan, ingilis və rus dilləri üzrə mükəmməl bilik.

Telegram kanalımız