Təchizat Zəncirinin İdarə Edilməsi üzrə Analitik

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • TZİE departamentinə aid proses və prosedurların yaradılması və təkmilləşdirilməsinə dəstək göstərmək;
  • Təchizat Zəncirinin İdarə edilməsi komandasının qarşısına qoyulan əsas məqsədlərə çatmaqda kömək etmək məqsədilə hesabatlılıq və ƏPG-nə dair sistem yaratmaq;
  • Təchizatçıların dəyərləndirilməsi prosesinə dair məlumat toplama və emal etmə sistemi yaratmaq, əsas təchizatçıların fəaliyyətini nəzərdən keçirmək və rəy/geribildirim sessiyaların təşkilini həyata keçirmək;
  • Satınalma əməliyyatlarına dəstək göstərmək məqsədilə lazımi məlumatları təhlil və təqdim etmək;
  • SAP və P2P prosesi üçün istifadə olunan digər tətbiqləri yoxlamaq və hesabatlılığı təmin etmək üçün hesabat sxemi və şablonları hazırlamaq;
  • İllik Satınalma Planını hazırlamaq üçün bütün satınalma dövrü ərzində daxili tərəfdaşlarla birgə çalışmaq;
  • TZİE departamenti və üst rəhbərliyin tələb etdiyi standart və xüsusi TZİE hesabatlarını hazırlamaq;
  • TZİE sistemin fəaliyyətini təkmilləşdirmək, səmərəliliyi və icranı artırmaq üçün məlumatları toplamaq, problem və imkanları müəyyən etmək;
  • Xərclər, tələbin proqnozlaşdırılması və s. üzrə tendensiya və proqnozları nümayiş etdirmək üçün modellər hazırlamaq;
  • TZİE komandasına təchizat bazarının təhlili, bazar qiyməti tendensiyaları və bazar qiymətlərinin proqnozuna dair hesabatlar təqdim etməklə dəstək göstərmək;
  • SAP sistemi daxilində xərcləmə prosesini təkmilləşdirmək üçün strategiyalar hazırlamaq və əsas  problemləri aradan qaldırmaq;
  • Təkmilləşdirilmə ilə bağlı təşəbbüslərin xərclərini və işin gedişatını izləmək və təhlil etmək, hesabatlar hazırlamaq.

Xüsusi tələblər

  • Biznes, Təchizat Zənciri, Maliyyə və ya müvafiq sahə üzrə Bakalavr dərəcəsi;
  • Satınalma sahəsində minimum 5 il təcrübə arzuolunandır;
  • CIPS sertifikatının olması arzuolunandır;
  • Məlumat modelləri və hesabatların hazırlanması üzrə təcrübə;
  • Əla Ünsiyyət və problem həll etmə bacarıqları;
  • Analitik təfəkkür, tənqidi düşüncə;
  • Müstəqil işləmək, işləri təşkil etmək və prioritetləşdirmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məlumat təhlili vasitələri, göstəricilərin izlənilməsi və prosesin optimallaşdırılması sahəsində nümayiş etdirilə bilən təcrübə;
  • Microsoft Office və Visio kimi proqramlardan istifadə etmək bacarığı və kompüter bilikləri;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Azərbaycan və İnglis dillərində səlis bilik, Rus dili arzuolunandır.

Telegram kanalımız