Nəqliyyat çilingəri (Ağcabədi)

Ağcabədi

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq:
  • Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Kənd təsərrüfatı texnikasına təyin olunmuş intervalda mütəmadi baxış keçirmək;
  • Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarının təmin edilməsi;
  • Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
  • Mexaniki komponentlər və ya hissələri yaxşı vəziyyətdə saxlamaq və/və ya təmir etmək:
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
  • Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
  • Texniki vəziyyəti dəqiqləşdirmək məqsədi ilə lazım olduqda yoxlama cihazlarından və avadanlıqlarından istifadə etmək;

Xüsusi tələblər

  • Tələb olunanan təhsil : Orta təhsil, texniki peşə təhsili
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi olmalı;
  • Nəqliyyat vasitələrinin detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilməli; 
  • Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı;
  • Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmaq;
  • İstehsalat avadanlıqları ilə iş təcrübəsi olmalı;
  • Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.

Telegram kanalımız