Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yeraltı boru kəmərlərin təmir edilməsi zamanı çilingər işlərini həyata keçirmək:
  • Hazırlanmış məmulatları alətlər vasitəsi ilə düzgün şəkildə işləmək;
  • Quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları aradan qaldırmaq;
  • Detal və qovşaqların aşınma dərəcisini müəyyən etmək və onları emal etmək;
  • Qaldırıcı nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərini yerinə yetirmək;
  • Qaldırıcı mexanizmləri tətbiq etməklə quraşdırma işlərini yerinə yetirmək;
  • Magistral qaz kəmərində müvəqqəti olaraq sızmanın aradan qaldırılması üçün dəmir xamutları bərkitmək;
  • Xətti istismar xidmətində qaz paylayıcı stansiyaların texnoloji sistemində qaz sızmasının aradan qaldırılması üçün çilingər işlərini yerinə yetirmək;
  • Magistral qaz kəmərləri üzərində olan xətti kranların və siyirtmələrin işlək vəziyətdə olmasını/olmamasını yoxlamaq, xətti kranları kipləşdirici yağla yağlamaq, siyirtmələrin hərəkətedici hissələrini yağlamaq;
  • Boru kəmərlərini korroziyadan qorumaq üçün rəngləmək;
  • Kəsmə və qaynaq işinin həyata keçirilməsi zamanı hazırlıq işlərini yerinə yetirmək:
  • İş yerinin təhlükəli və tezalışan maddələrdən təmizləmək;
  • Fərdi mühafizə vasitələrinin sazlığını yoxlamaq və istifadə etmək;
  • Kəsiləcək və ya qaynaq ediləcək hissələrin boruların, detalların ölçülərini almaq;
  • Kəsiləcək və ya qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq;
  • Boru və flyans birləşmələrinin pasdan, yağdan və sair örtüklərdən təmizləyərək kəsmə və qaynaq üçün hazırlamaq;
  • Boru kəmərlərinin faskasını açmaq;
  • Boru kəmərlərinin və detalların yağdan, örtükdən təmizlənərək
  • Vəzifə öhdəlikləri (funksiyalar)kəsmə və ya qaynaq üçün hazırlamaq.
  • Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək;
  • İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək;
  • Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlər görmək;
  • Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydadiştirak etmək;
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək;
  • Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək;
  • İş yerinin təmiz saxlanmsına cavabdehlik;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından  mühafizənin norma və qaydalarına riayət etmək.
  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Xüsusi tələblər

  • Təhsil pilləsi Təhsil əhatəsi Tam orta təhsil
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Şifahi özünüifadə
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları;
  • Magistral qaz kəmərlərinin təmir və texniki xidmət işlərini;
  • Qazpaylayıcı stansiyaların təmiri və texniki xidməti işlərini;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri. 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız