Mühasib

Bakı

PASHA Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • E-qaimələrin, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
  • Əməkdaşların təsdiq edilmiş xərc hesabatlarının yoxlanılması və avans sorğularına əsasən onlara ödənişlərin edilməsi;
  • Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;
  • Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
  • Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
  • Təchizatçıların sənədlərinin idarə edilməsi;
  • Ehtiyac yarandığı halda, xüsusilə ay sonlarında Baş mühasibə dəstəyin göstərilməsi;
  • ERP platformasında müvafiq müxabirləşmələri vermək;
  • Xarici, daxili təchizatçılara ödənişlərin və büdcə ödənişlərinin həyata keçirilməsi
  • Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • Sahədə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • Güclü ünsiyyət bacarıqları;
  • Azərbaycan və ingilis dillərinin səlis biliyi, rus dili üstünlükdür;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Nəticə yönümlü;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
  • ERP proqramlarında işləmək bacarığı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız