Anbar əməliyyatları üzrə mütəxəssis

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sorğular və təchizat sifarişlərini emal etməklə sifarişlər hazırlamaq, materialları daşımaq, qutuları qablaşdırmaq/etiketləmək, sifarişləri çatdırılma ərazisinə yerləşdirmək
  • Rəfləri, palet sahəsini və iş stansiyalarını nizamlı və səliqəli saxlamaqla təhlükəsiz və təmiz iş mühitini qorumaq
  • Forkliftlər, transpalletlər, yük maşınları və s. kimi anbar avadanlıqlarına müntəzəm olaraq və təhlükəsizlik qaydalarına riayət etməklə texniki qulluq və müntəzəm şəkildə baxış keçirmək
  • Əşyaların yığılması/sökülməsi, düzgün barkodlanması, etiketlənməsi və məlumatların sistemə daxil edilməsi ilə malların qəbuluna cavabdehdir; malın barkod etiketini skan etməklə malların buraxılması ilə bağlı müvafiq məlumatların sistemə daxil etmək
  • Yükqaldırıcı maşınların sürülməsi, yüklənməsi və maşınlardan yükün boşaldılmasına dair məsuliyyət daşımaq; qoşqulara yükləri ustalıqla və SƏTƏM və anbar təhlükəsizliyi qaydalarına uyğun şəkildə doldurmaq və qoşqulardan yükləri boşaltmaq
  • Müvafiq göstəriş verildikdə inventarlaşdırma prosesində iştirak etmək
  • Rəhbər şəxs tərəfindən müvafiq göstəriş verildikdə tələb olunan bütün anbar vəzifələrini və əməliyatlarınıyerinə yetirmək, icra etmək və idarə etmək

Xüsusi tələblər

  • Ali təhsil
  • Ən azı 2 il və daha artıq iş təcrübəsi
  • Anbar işində əvvəlki təcrübə. Anbar proqramların bilikləri
  • Sərbəst Azərbaycan dili və (ingilis və rus dillərini bilənlərə üstünlük verilir)
  • Microsoft Office proqramları
  • Telekom avadanlıqı barəsində əsas anlayışlar
  • Komandada işləmək
  • Təşkilatçılıq
  • Vaxtın idarə olunması
  • Hesabatvermə
  • İnventarlaşdırma
  • Sənədləşdirmə
  • Məlumatları daxil etmək
  • Nəzarət etmək

Telegram kanalımız