Sistem administratoru

Sumqayıt

AgroTrade Supply
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
  • Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
  • Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
  • Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
  • Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
  • Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
  • Korporativ standartlara və daxili siyasət, proseduralara riayət etmək
  • Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək;

Xüsusi tələblər

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • İş təcrübəsi: Bu sahədə 3 il təcrübə
  • Dil bilikləri: İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
  • Server, Storage və Şəbəkə avadanlıqları ilə iş təcrübəsi
  • Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi
  • E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə
  • Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə
  • Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
  • Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
  • Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübə

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız