Öyrənmə və İnkişaf üzrə Mütəxəssis

Bakı

FINCA Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təlim fəaliyyətini koordinasiya etmək: şirkətdə müxtəlif vəzifələrə aid olan təlim sessiyalarını hazırlamaq və həyata keçirmək
  • Bütün tədris proqramlarını vaxtında həyata keçirmək
  • Hər hansı dəyişikliyi əks etdirmək üçün davamlı olaraq keçirilən təlim proqramlarını vaxtaşırı qiymətləndirmək
  • Müvafiq təlim ehtiyaclarının həyata keçirilməsi üçün müxtəlif Təlim və Xidmət Təminatçıları ilə danışıqlar aparmaq
  • Müvafiq təlim ehtiyaclarını qarşılamaq üçün təlim proqramlarını hazırlamaq və təşkil etmək
  • Daxili Təlim proqramlarının hazırlanması ilə bağlı şirkət daxilində müvafiq mövzu üzrə mütəxəssislərlə/ekspertlərlə əməkdaşlıq
  • Tanınmış təlim texnikası və vasitələrdən istifadə edərək təlim proqramlarını təqdim etmək (tədris təlimatı, virtual təlim, e-tədris, iş yerində öyrənmə və məsləhət alma və s.)
  • Tədris otağı, avadanlıq və ya təlimatçının uyğunluğuna əsasən tədrislərin qrafik üzrə təşkili
  • Kursu effektiv şəkildə tədris etmək üçün təlimatçıların lazım olan bütün vasitələrə, texniki avadanlıqlara və resurslara malik olmasını təmin edərək təlim məkanlarını hazırlamaq
  • Ümumi inzibati vəzifələrə nəzarət etmək, məsələn, tədris qeydiyyat formunun yazılmasının koordinasiya edilməsi, tədris vaxtlarının və məkanların qrafikə salınması və bütün təlim iştirakçılarına tədris dəvətnamə məlumatlarının göndərilməsi
  • Təlim proqramlarının gedişini və effektivliyini ölçmək üçün uyğun dəyərləndirilmənin təşkili
  • Tədris qeydiyyat sənədlərinin saxlanılması, işçilərin iştirakına nəzarət etmək
  • Təlim fəaliyyətinə və ya proqramın effektivliyinə nəzarət etmək, qiymətləndirmək və müvafiq qeydlər aparmaq
  • İşçilərin uğur və irəliləyişlərini izləmək
  • Yeni işçilərin İşə Uyğunlaşma prosesi çərçivəsində müvafiq təlim proqramları ilə təmin olunmasını təmin etmək (Onbordinq proqramının həyata keçirilməsi)
  • Yeni işçilərə inkişaf yolunda dəstək vermək, təlimatlandırmaq

Xüsusi tələblər

  • Biznesin İdarə Edilməsi, Təlim, İnsan Resursları və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi
  • Təlim Mütəxəssisi və ya oxşar rolda ən azı 1 il iş təcrübəsi
  • Bir qrup insana təlim ilə bağlı təlimatların verilməsi təcrübəsi
  • Ənənəvi və müasir tədris metodları, alət və texnika ilə tanışlıq
  • Təlimçi kimi təcrübə (üstünlük olaraq dəyərləndiriləcək)
  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – sübut olunmuş Orta səviyyə.

Telegram kanalımız