Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Bakı

PAŞA Həyat
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsi, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
  • Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
  • Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
  • Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.


Xüsusi tələblər

  • İş təcrübəsi:  Aktuar, data analitika və ya sığorta sektorunda 1 ilədək iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Statistika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta.
  • Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi; MS Office Excel-VBA, SQL və Python proqramlaşdırma bilikləri; Magistr dərəcəsinin olması; Rus dili biliklərinin orta səviyyədə olması.
  • Kompüter bilikləri: MS Word: əla , MS Excel: yaxşı , MS PowerPoint: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

Telegram kanalımız