Biznesin inkişafı departamentinin aparıcı mütəxəssisi

Bakı

Azərbaycan Kredit Bürosu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
  • Büroya məlumatların qanunvericilin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
  • Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
  • Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
  • Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək və onların təşviqini və satışını həyata keçirmək;
  • Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
  • Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq;

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
  • Bank və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
  • Microsoft Office, Jira, PowerBI proqramları ilə işləmək bacarığı;
  • Xaricdə təhsil alması üstünlükdür.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız