Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri


  • Smeta- layihələndirmə, istehsalat-iqtisadiyyat, əməyin təşkili, texniki nəzarətin həyata keçiirlməsi;
  • Materialların təminatı və təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi, materialların normativlər üzrə sifarişlərinin qəbul edilməsi, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işləyib hazırlanması;
  • Texniki-iqtisadi təhlilin aparılması, qəbul olunan və həyata keçirilən qərarların kompleks şəkildə əsaslandırılması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasında iştirak edilməsi;
  • İşlərin görülməsi ilə bağlı yoxlamaların aparılması, rəy və təkliflərin hazırlanması;
  • Lazım olan texniki məlumatlarının, işin göstəricilərinin və nəticələrinin öyrənilməsi və təhlil edilməsi, onların ümumiləşdirilməsi və sistemləşdirilməsi, nəticə barədə rəhbərliyə məlumat verilməsi;
  • İşlərin qrafiklərinin, sifarişlərin, sxem və digər texniki sənədlərin tərtib edilməsi eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • Texniki sənədlərin ekspertizasının keçirilməsi, daxili ehtiyatların üzə çıxarılması, onun işində olan çatışmamazlığın və nasazlığın səbəblərinin müəyyən edilməsi, onların aradan qaldırılması tədbirlərini həyata keçirilməsi;
  • Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edilməsi.
  • Ünvan Nəsimi rayonu, Baki

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsiBakalavriat
  • Vəzifəyə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər materialları üzrə biliklər;
  • Müəssisə, idarə və təşkilatların texniki inkişaf perspektivi, işlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipi, texniki və konstruktiv xüsusiyyətləri, materialları və onların xassələri, işin yerinə yetirilməsinin qayda və şərtləri üzrə biliklər;
  • Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələblər, texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartlar, texniki şərtlər, əsasnamə və təlimatlar üzrə biliklər;
  • Texniki hesabatların aparılması metodları, istehsalın, əməyin və idarəetmənin təşkilinin əsasları, əmək qanunvericiliyinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydaları üzrə biliklər
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq
  • Digər tələb və üstünlük göstəriciləri
  • Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsilli inşaatçı mühəndislərə üstünlük veriləcəkdir.
  • Komputer bilikləri
  • MS Office-yaxşı

Telegram kanalımız