Məlumatların təhlili üzrə Böyük Analitik

Bakı

Bravo Supermarket
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qərar qəbul etmə prosesi üçün məlumatları effektiv şəkildə təqdim etmək üçün hesabatları və data vizuallaşdırmasını təkmilləşdirərək onları faydalı məlumatlara çevirmək.
  • Müştərilərin loyallığını təkmilləşdirmək üçün məlumatları təhlil etmək.
  • Böyük məlumat toplusunun ətraflı təhlilini aparmaq və bu barədə məlumat vermək
  • Power BI və Excel-də məlumatları təmizləmək və standartlaşdırmaq
  • Zəif cəhətlər, tendensiyalar və ya imkanlar daxil olmaqla, faydalı məlumatlar tapmaq üçün kompleks məlumat topluları yaratmaq.
  • Yeni məlumatlar toplamaq, qiymətləndirmək və təqdim etmək
  • Zəif cəhətlər, tendensiyalar və ya imkanlar daxil olmaqla, faydalı məlumatlar tapmaq üçün kompleks məlumat topluları yaratmaq.
  • Müvafiq məlumatlardan istifadə edərək tendensiyaları, nümunələri və proqnozları effektiv şəkildə bildirmək

Xüsusi tələblər

  • Məlumatların İdarə Edilməsi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İqtisadiyyat, İnformasiya Sistemləri, Statistika, Tətbiqi Riyaziyyat, Biznes İdarəetməsi və ya digər müvafiq sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsinin olması müsabət dəyərləndirilir.
  • Məlumatların təhlili sahəsində ən az 2 il təcrübə, dinamik və sürətli iş mühitində Data / Biznes Analitiki kimi işləyənlərə üstünlük verilir. Hesabatların yaradılması, modelləşdirmə və gələcək tendensiyaların proqnozlaşdırılması sahəsində iş təcrübəsi.
  • Excel / PowerPoint / SQL proqramlarını yüksək səviyyədə bilmək, Power BI, Tableau və ya digər oxşar vasitələr kimi BI alətlərlə tanış olmaq.
  • Çoxfunksiyalı komandalarla səmərəli ünsiyyət bacarığı.
  • İşin inkişafına təkan vermək üçün işlənməmiş data və məlumatlardan faydalı fikirlər əldə etmək bacarığı. Namizədin statistik və ekonometrik modelləşdirmə, kəmiyyət təhlili bacarıqları olmalıdır.
  •  Detallara müstəsna diqqət, eyni anda bir neçə tapşırıqla məşğul olmaq və verilən vaxta uyğun işləmək, yaradıcı və innovativ problem həll etmə bacarığı, məqsədyönlü və təşəbbüskar olmaq, tərəddüdlü və gərgin zamanlarda təmkinli davranış nümayiş etdirmə qabiliyyəti.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız