Fiziki kanallar və Əməliyyatlar sahəsinin (Əməliyyat istiqaməti üzrə) Məhsul sahibi/Aparıcı Məhsul Sahibi/Baş Məhsul Sahibi (Product Owner)

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın əməliyyat istiqamətində strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək;
  • Filiallardan və digər struktur bölmələrinin əməkdaşlarının əlaqəli ehtiyyaclarını öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;
  • Kartlar üzrə klirinq və digər sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq
  • Ödəniş terminalları üzrə sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq
  • Kredit, depozit, kart, nağdsız köçürmələr, ödənişlər və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Arxiv işini mütəmadi qaydada inkişaf etdirmək və bu sahədə müxtəlif araşdırmalar aparmaq;
  • Qanunvericilik tələblərindən irəli gələn tapşırıqların qiymətləndirilməsini, həmçinin bankın əməliyyat infrastrukturuna inteqrasiyasını vaxtlı-vaxtında təmin etmək;
  • Mövcud və yaradılacaq yeni məhsul, xidmətlər üzrə mərkəzləşdirilmiş dəstək yanaşmalarını inkişaf etdirmək;
  • Filiallarda gözləmə və xidmət vaxtının azaldılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək;
  • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
  • Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirmək;

Xüsusi tələblər

  • Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə;
  • Əməliyyat sahəsi üzrə tələblərin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi ilə bağlı təcrübəyə;
  • Bankda istifadə olunan proqram təminatları sahəsində təcrübəyə;
  • Mühasibatlıq modeli üzrə biliklərə;
  • “Agile” düşüncə tərzinə;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.
  • Üstünlük verilən kriteriyalar : Kredit, depozit, kart proseslərinin rəsmiləşdirilməsi barəsində məlumatlı olmaq;
  • Bankın filiallarında çıxan problemlərin həlli üzrə təcrübəyə malik olmaq;
  • Özünəxidmət həlləri (ATM, Ödəniş terminalları və s.) üzrə təcrübəyə sahib olmaq;
  • Kart əməliyyatları və hesablaşmalar üzrə biliklərə sahib olmaq;
  • Yerli bankların bazara təqdim etdikləri məhsul və xidmətləri barəsində detallı məlumatlara sahib olmaq;
  • Bank qanunvericiliyi tələbləri ilə məlumatlı olmaq;
  • Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olmaq.


Telegram kanalımız