Audit- Təftiş

Bakı

Agrowest
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
  • Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
  • Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
  • Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
  • Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
  • SN-nin pul ödəmə qabiliyyətini qiymətləndirmək və onlar haqqında rəy vermək;
  • SN-ləri ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən qəbul etdikləri malların pulunu vaxtında satış təmsilçiləri tərəfindən yığılmasını təmin etmək və köməklik göstərmək;
  • Yeyintilərin olmaması üçün marşurut rutu üzrə mütamadi olaraq bütün SN-lərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
  • Sənəd dövriyyəsinə uyğun bütün hesabatlatı vaxtı-vaxtında şöbə müdirinə təqdim etmək;
  • İllik sayımlarda iştirak etmək;
  • Birbaşa tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
  • İş şəraiti Həftə içi 5 gün  08:00 - 18:00
  • Əmək haqqı- razılaşma yolu ilə
  • Yemək şirkət tərəfindən verilir.

Xüsusi tələblər

  • Təhsil: Ali
  • Yaş: 30 – 50
  • Cins: Kişi
  • Dil biliyi: Azərbaycan dili (səlis); Rus dili (üstünlükdür)
  • Təftiş maliyyə və satış işinin əsaslarını, o cümlədən bu işin nəzəriyyəsini və təcrübəsini bilməli;
  • Müəssisənin fəaliyyət istiqamətlərini, struktur quruluşunu, inkişaf strategiyasını bilməli;
  • Əməyin mühafizəsi normalarını və korporativ mədəniyyət kodeksini bilməli;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməli;
  • Ezamiyyə imkanları olmalı;
  • Sürücülük kateqoriyası BC;
  • Şəxsi Avtomobili olmalı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız