Avtomobillərin təmiri üzrə çilingər

Qaradağ

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtomobillərin mürəkkəb və məsul aqreqat, qovşaq və cihazlarının stend üzərində və şassidə texniki xidmət zamanı nizamlanması və sınaqdan keçirilməsi;
  • Yoxlayıcı aparaturada və yoxlayıcı ləvazimatlarla elktrik avadanlığının detal və qovşaqlarının yoxlanması;
  • Elektrik avadalığı cihaz və aqreqatlarının sxem üzrə qurulması və şəbəkəyə qoşulması;
  • Təmir, yığma və sınaq prosesində avtomobil aqreqat və qovşaqlarında və elektrik avadanlığı cihazlarında mürəkkəb qüsurların və nasazlıqlarınaşkar və ləğv edilməsi;
  • Detalların mürəkkəb və məsul çilingər emalı, 6-7-ci kvalitetlər (1-2- ci dəqiqlik dərəcələri) üzrə tamalanması;
  • Ən mürəkkəb konfiqurasiyalı detal və qovşaqların statik və dinamik tarazlaşdırılması;
  • Avtomobillərin hərəkətin təhlükəsizliyini təmin edən sistem və aqreqatların diaqnostikası və nizamlanması;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edir;
  • Öz iş yerini icazəsiz tərk etmir, təhlükəli yerlərə getmir;
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

Xüsusi tələblər

  • Peşə təhsili Müvafiq istiqamət üzrə
  • Xidmət edilən avtomobillərin konstruksiya quruluşunu;
  • Daha mürəkkəb və məsul aqreqatların və elektrik avadanlığının təmirinə, yığılmasına, sınamasına və nizamlanmasına qoyulan texniki tələbləri;
  • Müxtəlif mürəkkəbli elektrik quraşdırma sxemlərini və onlarda cihaz və aqreqatların qarşılıqlı əlaqəsini;
  • Bir-biri ilə birləşən detalların yeyilmə səbəblərini və onları aşkar edib aradan qaldırma üsullarını;
  • Sınaq stendlərinin quruluşunu;
  • Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
  • Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.

Telegram kanalımız