Yeraltı boru kəmərlərinin korroziyadan qorunması üzrə montyor (Şəki korroziyadan mühafizə xidməti )

Şəki

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yer üstü və yeraltı qaz kəmərlərinin yararlılıq dərəcəsini yoxlamaq:
  • Xidmət rəisi və ya mühəndis tərəfindən təlimatlandırılmaq və təlimat vərəqini imzalamaq;
  • Yuxarı dərəcəli montyorların nəzarəti altında fəaliyyət göstərmək;
  • Yer üstü qaz kəmərlərinin yararlılıq dərəcəsinin və texniki vəziyyətinin yoxlanılması üçün ilkin vizual baxış keçirmək:
  • Boruya çəkilmiş boyanın vəziyyətinə baxmaq;
  • Borunun texniki vəziyyətinə baxış keçirmək;
  • Borunun qalınlığını ölçmək;
  • Yer altı qaz kəmərlərinin yararlılıq dərəcəsinin və texniki vəziyyətinin yoxlanılması üçün ilkin vizual baxış keçirmək:
  • Boru kəmərlərinin üstü açılmadan zədələnməsi və korroziyadan dağılması yerlərini müəyyən etmək;
  • Trass istiqamətində torpağın xüsusi müqavimətinin aktivlik dərəcəsini, izolyasiya örtüyünü, korroziyanın dərəcəsini şurf yolu ilə yoxlamaq;
  • Şurfların açılması işlərini qaydalara uyğun şəkildə həyata keçirmək - kəmərə 0,40m qalmış ekskavatorun işini saxlamaq, qazma işlərini əl ilə aparmaq;
  • Zahirən və alətlərlə boru kəmərinin izolyasiya örtüyünü yoxlamaq;
  • Qaz kəmərlərinin izolyasiyasının möhkəmliyinə, mühafizənin effektivliyinə nəzarət etmək;
  • Elektrometrik ölçmə işlərini aparmaq;
  • Baxış zamanı çürümə aşkar edildikdə kəmərin qalınlığını ölçmək:
  • Korroziya dağıntılarının dərəcəsinin müəyyən edilib qeydiyyata alınmasında iştirak etmək;
  • Qaz xətlərinin layihələrindəki məlumatlara əsasən kəmərin əvvəlki qalınlğı ilə hazırki qalınlığı arasında müqayisə aparmaq və qalınlığın azalma səviyəsini təyin etmək;
  • Müəyyən edilmiş məlumatları mühəndisə təqdim etmək;
  • Aktın tərtibində iştirak etmək və onu imzalamaq.
  • Yeraltı qaz kəmərlərinin tikintisi və təmiri proseslərində elektrokimyəvi mühafizənin tələblərini gözləmək:
  • Xidmət rəisi və ya mühəndis tərəfindən təlimatlandırılmaq və təlimat vərəqini imzalamaq;
  • Yuxarı dərəcəli montyorların nəzarəti altında fəaliyyət göstərmək;
  • Quraşdırılacaq və təmiri ediləcək EKM qurğularının plan qrafiklərinin hazırlanmasında iştirak etmək, təsdiq edilmiş plan qrafikə əsasən EKM qurğularının təmir işlərini yerinə yetirmək və texniki pasportlarda qeydiyyatları aparmaq:
  • EKM qurğusunun cərəyan mənbəyinə qoşulmasını yoxlamaq və aşkar edilmiş nöqsanı aradan qaldırmaq:
  • Qaz kəmərinin katod birləşmələrini yoxlamaq və nöqsan aşkar edildikdə birləşmə nöqtəsində kabelləri açmaq, kabel ucluqlarını təmizləmək və bərpa etmək; 
  • Kəmərin qorunma potensialını yoxlamaq və nöqsan varsa anod xəttini yoxlamaq və dəyişdirmək;
  • Boru kəmərlərində və səyyar cərəyan mənbələrində elektrik ölçülərini işləmək, "rels-torpaq", "boru-torpaq" potensiallarının qrafikini qurmaq, korroziya təhlükəsi dərəcəsini müəyyən etmək;
  • Yeraltı boru kəmərlərinin, həmçinin qaz kəmərlərinin Qaz Paylayıcı Stansiyalarda və yol keçidlərində torpağa girən və torpaqdan çıxan hissələrini izolyasiya etmək;
  • Yeraltı boru kəmərlərində və mürəkkəb korroziya şəraitində səyyar cərəyan mənbələrində nəzarət elektrik ölçülərini aparmaq;
  • İşləyən boru kəmərinə katod çıxışlarının termit qaynağı işlərində iştirak etmək;
  • Boru kəmərləri təmir edildikdə izolyasiyanın dəyişdirilməsini təmin etmək;
  • Mühəndisə təmir işləri barədə məlumat vermək;
  • İstismara buraxılma aktını razılaşdırmaq;
  • EKM (katod, protektor və drenaj) qurğularının müvafiq layihə smeta sənədləri və tikinti norma qaydalarına əsasən quraşdırılmasına nəzarət və iştirak etmək:
  • Mühafizə edilməyən ərazilərin müəyyən edilməsində iştirak etmək;
  • Süxurun korroziya aktivliyi dərəcəsini müəyyən etmək;
  • Boru kəmərinin ayrı-ayrı hissələri üçün əlavə mühafizənin lazım olmasını müəyyən etmək;
  • Əlavə mühafizə vasitələrinin çıxış elektrik parametrlərinin və onların qurulması yerini müəyyən etmək;
  • Avtomatik katod mühafizəsi stansiyalarını və avtomatik elektrodrenaj qurğularını quraşdırmaq, istismarı və təmirini həyata keçirmək; 
  • Elektrometrik ölçmə işlərini aparmaq;
  • Lazım olan mal-materialları Anbar təsərrüfatından qəbul etmək, lazım gələrsə daşınmasını təşkil etmək;
  • Layihənin icrasından irəli gələn məsələlərin icra edilməsində iştirak etmək,
  • Mühəndisə və xidmət rəisinə görülən işlər barədə mütəmadi məlumat vermək;
  • İstismara buraxılma aktını razılaşdırmaq.
  • Yeraltı qaz kəmərlərinin üzərində quraşdırılmış elektrokimyəvi mühafizə qurğuların və nəzarət ölçü məntəqələrinin istismarını təmin etmək:
  • Xidmət rəisi və ya mühəndis tərəfindən təlimatlandırılmaq və təlimat vərəqini imzalamaq;
  • Yuxarı dərəcəli montyorların nəzarəti altında fəaliyyət göstərmək;
  • Yeraltı qaz kəmərlərinin üzərində Nəzarət ölçü məntəqələrini quraşdırmaq və yerləşdirmək:
  • Yeraltı boru kəmərinin üstünü açmaq, izolasiyanı götürmək;
  • Xəttin qalınlığını yoxlamaq;
  • Xəttin potensialını yoxlamaq;
  • Mal-materialı (kabel, boya, bolt, qayka və s.) qəbul etmək və təmirquraşdırma işlərini (yedək hissələrin dəyişdirilməsi, üzlük boyasının bərbası, sıradan çıxmış naqillərin yeniləri ilə əvəzlənməsi və s.) təmin etmək;
  • Birləşdirmədən sonra izolyasiyanı bərpa etmək;
  • Görülmüş işlər haqqında mühəndisə məlumat vermək;
  • Görülmüş işlərin keyfiyyətinin (Elektrokimyəvi laboratoriya tərəfindən) yoxlanılması işlərində iştirak etmək;
  • Lazım gələrsə görülmüş işlərin jurnal qeydiyyatını aparmaq;
  • Görülmüş işlər barədə aktı imzalamaq.
  • EKM qurğularının sıradan çıxma səbəblərinin analiz edilərək çatışmazlıqları aradan qaldırmaq (növbədən kənar təmir):
  • Yerində baxış keçirmək, nasazlıqları aşkar etmək, aktlaşdırmaq, aktı imzalamaq;
  • EKM qurğusunun cərəyana qoşulmasını yoxlamaq və aşkar edilmiş nöqsanı aradan qaldırmaq.
  • Lazım olan mal-materialın Anbar təsərrüfatından qəbul etmək, təmir yerinə daşınmasınə təşkil etmək, təmir işlərini (anod, katod qurğularının təmiri, elektrik naqillərinin təmiri; ampermetr, voltmetr diodlarının və s) görmək;
  • Prosesinin gedişatı barədə mütəmadi olaraq mühəndisə və xidmət rəisinə raport etmək;
  • Görülən işlər barədə aktı imzalamaq;
  • Sistematik olaraq yeraltı metal tikililərin mühafizə vəziyyətinə, texniki parametrlərin dəyişməsinə nəzərət etmək.
  • İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etmək;
  • Köhnə katod stansiyalarını emalatxanada təmir etmək;
  • Drenaj qurğularını təmir etmək və vəziyyətini yoxlamaq;
  • Korroziyaya qarşı mühafizə zamanı orta mürəkkəbliyə malik ölçü cihazlarını sazlamaq və təmirini həyata keçirmək;
  • Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək
  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
  • Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
  • Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.

Xüsusi tələblər

  • Tam orta təhsil
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;
  • Elektrokimyəvi mühafizə qurğularının (EKM) layihələndirilməsi və quraşdırılması qaydasını;
  • Elektrokimyəvi mühafizə qurğularının (EKM) istismarı qaydasını;
  • Elektrokimyəvi mühafizə qurğularının (EKM) müayinəsi, təmiri və texniki xidmətini;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri. 

Telegram kanalımız