Baş Hüquqşünas

Bakı

Avromed
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
  • Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını;
  • Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
  • Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
  • Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
  • Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.

Xüsusi tələblər

  • Müvafiq sahədə ali təhsil;
  • Özəl sektorda və dövlət sifarişi ilə bağlı ən azı üç (3) il iş təcrübəsi;
  • Müqavilələrin baxılması, tərtibatı və beynəlxalq hüquq sahəsində təcrübə;
  • Beynəlxalq hüquq sahəsi ilə bağlı yüksək bilik səviyyəsi və təşkilatı bacarıqlar;
  • Əsas sahələr üzrə planlaşdırılmış müxtəlif işləri icra etmək və hüququn yeni sahələrini sürətlə öyrənmək üçün bacarıq və istək;
  • Tender şikayətləri, iddialar, mübahisələr və müvafiq məhkəmə prosesləri ilə bağlı təcrübə;
  • Bir çox layihə üzrə eyni vaxtda davam edən hüquqi məsələləri idarə etmə, təqib etmə və son tarixlərə riayət etmə bacarığı;
  • İngilis və Rus dillərinə yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
  • MS Office proqramlarında mükəmməl işləmə bacarığı;
  • Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətcil, ünsiyyətcil və çalışqan;
  • Komandada işləmək bacarığına malik olan.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız