Əsas Vəsaitlər və İnventar üzrə bölmə rəhbəri

Bakı

Azerconnect
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Vergi qanunvericiliyi və Beynəlxalq maliyyə standartları üzrə Əsas vəsaitlər modulunun, quraşdırılması (tikintisi) davam edən və amortsizasiya olunan əsas vəsaitlərin yeni əlavələri də nəzərə alınmaqla  tamlığnın təmin olunması, sökülən əsas vəsaitlərin düzgün mühasibatlığnın aparılması, müqavilələrin bitmə taxixlərinin izlənilməsi
  • Quraşdırılması (tikintisi) davam edən səas vəsaitlər üzrə xidmətlərin və avadanlıqların aylıq əsasda kapitallaşdırılması və amortizasiya olunan əsas vəsaitlərə transfer olunmasının yoxlanılması və təmin olunması. Məktubların və sənədlərin hazırlanması və düzəlişlərin olunması
  • Əsas vəsaitlərin idarə olunması komandası, şirkətin analitikləri və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq çərçivəsində maliyyə siyasət və proseslərinin nəzərdən keçirilməsi  və mümkün dəyişikliklər barədə məsləhətlərin verilməsi, əsas vəsaitlərin idarə olunması və izlənməsi sistemləri ilə işləmək
  • Əsas vəsaitlərin məlumat bazasının idarə olunması, əsas vəsaitlərin alışından onun utilizasiyasına qədər olan həyat tsiklinə tam nəzarət edilməsi, illik büdcə, planlaşdırma və proqnozlaşdırma proseslərininin aparılmasına rəhbərlik edilməsi
  • Amortizasiyanın hesablanması, Vergi qanunvericiliyi və Beynəlxalq maliyyə standartları üzrə əsas vəsaitlərin utilizasiyası nəzərə alınmaqla Əsas vəsaitlər modulunun vaxtında aylıq bağlanışının təmin edilməsi
  • Əsas vəsatlərin baş jurnalında Vergi qanunvericiliyi və Beynəlxalq maliyyə standartları üzrə  ilsonu düzəlişlərin tam həyata keçirilməsi, sökülən (fəaliyyəti dayandırılan) əsas vəsaitlər üçün sürətləndirilmiş amortizasiyanın tətbiqi
  • Amortizasiyanın hesablanması, Vergi qanunvericiliyi və Beynəlxalq maliyyə standartları üzrə əsas vəsaitlərin utilizasiyası nəzərə alınmaqla Əsas vəsaitlər üzrə aylıq amortizasiya hesabatlarının vaxtında hazırlanması
  • İllik əsas vəsaitlərin sığortalanamsı proyektinin tamamlanması
  • Ləğv edilmiş əsas vəsaitlərin identifikasiyası zamanı digər şöbələrin əməkdaşlarına dəstək olmaq
  • Təyin edilmiş sair işlər, xüsusi hesabatların hazırlanması

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya Maliyyə sahəsində Bakalavr və ya Magistr təhsilin olması vacibdir)
  • Maliyyə sahəsi üzrə ən azı 5 il iş təcrübəsi
  • Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili yüksək səviyyədə, (Rus dili bacarığı isə əlavə üstünlük təşkil edir)
  • Microsoft Office üzrə yüksək səviyyədə işləmək bacarığı (Word, Excel, Outlook və PowerPoint )
  • Telekommunikasiya sahəsində təcrübə
  • Komanda işi və əməkdaşlıq
  • Güclü ünsiyyət bacarığı
  • Eyni anda bir neçə işi görə bilmə
  • Araşdırma
  • İnnovativ düşünmə

Telegram kanalımız