Satınalmalar və xidmətlər şöbəsi dövlət orqanı aparatında şöbə müdiri

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;
  • Tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • Xidmətin aparatı tərəfindən həyata keçirilən satınalmaları təşkil edir, tender komissiyasının formalaşdırılmasında iştirak edir, satınalma müsabiqələrinin (açıq tender, təkliflər sorğusu, kotirovkalar sorğusu) əsas şərtlər toplusunu hazırlanmasına rəhbərlik və nəzarət edir;
  • Satınalma prosedurlarına başlamazdan əvvəl malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətinin mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməsini, tender elanı və digər bildirişlərin dərc edilməsini, malgöndərənlərə (podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvət göndərilməsini təşkil edir;
  • Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsində, satınalma müqavilələrinin hazırlanmasında iştirak edir;
  • Tenderin nəticələri haqqında yekun protokolun və satınalma prosedurları haqqında hesabatların tərtib edilməsinə rəhbərlik edir və nəzarət edir;
  • Xidmət üzrə əsas fondların (nəqliyyat vasitələri, texnikalar, maşın və avadanlıqlar və s.) ümumiləşdirilmiş uçotunu və hərəkətini təhlil edir. Nazirliyin tabeli struktur bölmələrinin texniki və texnoloji xidmət sahələrinə metodiki rəhbərlik edir;
  • Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Xidmətin aparatının (və ya tabeli qurumların) balansında olan aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını və tərtib edilmiş inventarizasiya siyahısının (aktının) bir nüsxəsinin rəhbərliyə təqdim olunmasını təşkil edir;
  • Xidmətin aparatının (və ya tabeli qurumların) balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan əsas fondların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görür;
  • Sahə ilə bağlı qəbul edilmiş yeni normativ-texniki şərtləri, təlimatları, qayda və normaları əldə edir;
  • Hidrometeoroloji xidmətin səmərəliliyinin araşdırılması, effektivliyinin artırılması yönümündə təkliflər verir;
  • Özəl və dövlət müssisələrinin hidrometeoroloji əməkdaşlığa dəvət olunması, iqtisadiyyat sahələri və KİV-nin hidrometeoroloji məlumatlarla təmin olunması məqsədilə müvafiq işlər görür;
  • Xidmət tərəfindən həyata keçirilən elektron xidmətlərin təbliğatı ilə bağlı vətəndaşların, idarə və təşkilatların maarifləndirilməsində yaxından iştirak edir;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlar, dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlər və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;
  • Şöbənin iş planı və fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasını təmin edir;
  • Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
  • Dövlət proqramlarında Xidmətə tapşırılmış işlərin həyata keçirilməsi ilə bağlı ümumiləşdirilmiş hesabatların hazırlanmasını həyata keçirir;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir və s.
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

Telegram kanalımız