Müştəri xidməti şöbəsinin mütəxəssisi (Bakı)

Bakı

Xalq Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
  • Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
  • Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

Xüsusi tələblər

  • Ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bu sahə üzrə 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti; 
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri;
  • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız