Böyük mühəndis (Quyu əməliyyatları və təmiri departamenti)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ətraflı quyu tamamlama proqramının hazırlanmasında və təhvil verilməsində iştirak etmək;
  • İş prosesində yeni texnologiyaların istehsalata tətbiqi imkanlarını araşdırmaq və tətbiq edilməsini təşkil etmək;
  • Optimal quyu tamamlama performansının əldə edilməsi məqsədilə müasir texnologiyalardan istifadə edilməsini təşkil etmək;
  • Quyunu kəsməklə ikinci lülənin açılmasında quyu tamamlama qayda və prosedurlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Quyularda həyata keçirilən əməliyyatların SOCAR tərəfindən qəbul edilmiş müvafiq standartların tələblərinə uyğun aparılmasına nəzarət etmək;
  • Tamamlama işlərinin dizayn və modelləşdirilməsini həyata keçirmək;
  • Quyu içi avadanlıqların seçilməsi və quruluş sxemlərini tərtib etmək;
  • Quyunu kəsməklə ikinci lülənin qazılmasında hazır süzgəclərlə tamamlama metodologiyasının hazırlanmasını və təsdiqlənməsini təşkil etmək;
  • Quyunu kəsməklə ikinci lülənin qazılmasının tamamlanmasına dair yeni texnologiyaların tətbiqinin araşdırılmasında iştirak etmək;
  • Avadanlığın hazirlanması, sinağı, nəqli prosesinə nəzarəti həyata keçirmək;
  • Podratçılar ilə müşavirə və müzakirələrin təşkil edilməsini həyata keçirmək;
  • Tamamlama işlərini təhlil etmək və müvafiq hesabatları hazırlamaq;
  • Quyunu kəsməklə ikinci lülənin açılmasında baş verə biləcək qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Müvafiq iş planı “Azneft” İB-nin aidiyyəti struktur bölmələri ilə razılaşdırıldıqdan və İB-nin rəhbərliyi tərəfindən təsdiq etdikdən sonra, bu iş
  • Vəzifə öhdəlikləri (funksiyalar) planına əsasən neft və qaz quyularının qazımadan sonra mənimsənilməsi işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Quyuların tamamlanması üçün tələb olunan mal-material və avadanlıqların siyahısının hazırlanmasını təşkil etmək;
  • Quyuların tamamlama əməliyyatlarında istifadə olunacaq avadanlıq və alətlərin hazırlıq statusunu nəzarətdə saxlamaq;
  • Quyuların tamamlama sxeminin hazırlanmasını, müzakirəsini və təsdiqini təşkil etmək;
  • Neft-qaz quyularının tamamlanması zamanı hazır süzgəclərin seçilməsi üçün tələb olunan bütün qayda və prosedurların hazırlanmasını təşkil etmək;
  • Mütəmadi olaraq həyata keçirilən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Vəzifə öhdəliklərindən irəli gələn fəaliyyətlərin həyata keçirilməsi zamanı Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini rəhbər tutmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək. 

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 3 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə üzrı mütəxəssis və ya rəhbər
  • vəzifələrində iş stajı nəzərdə tutulur.
  • Sertifikat tələbləri 4 Sertifikat "Well Control while Completions" sertifikatının olması arzuolunandır.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Nəticə yönümlülük
  • Konfliktlərin idarə edilməsi
  • Planlama və təşkiletmə
  • Microsoft Excel
  • Səriştəlik və digər tələblər
  • Microsoft PowerPoint
  • Microsoft Visio
  • Microsoft Word
  • Stresin idarə edilməsi
  • Əməliyyat öncəsi və sonrası müzakirələrinin aparılması bacarığı
  • Tamamlama avadanlıqları (paker, nipel, klapanlar, kəsicilər və s.) və iş prinsiplərini;
  • Rezervuar parametrlərinə görə tamamlama avadanlıqlarının metalurgiya və element seçilmə sistemini;
  • Tamamlama hesabatlarını hazırlanmasını (süzgəclərin seçilmə hesabatları, prinsipləri, kəsici
  • klapanların yerləşmə dərinliklərinin təyini hesabatları, pakerin aktivləşdirilməsi hesabatları);
  • Tamamlama məhlullarının təyinatını və xüsusiyyətlərini (paker məhlulu, məhlul dövriyyəsi, reagentlərin vurulma hesabatlarını);
  • Tamamlama dizaynının hazırlanmasını;
  • İş planının hazırlanmasını;
  • Tamamlama zamanı baryerlərin təyinatını;
  • Quyunu kəsməklə ikinci lülənin açılması texnologiyasını;
  • İstehsalın texnoloji əsaslarını;
  • Sahə üzrə avadanlıqların iş rejimini, istehsal gücünü, təyinatını və istismar qaydalarını;
  • Sahə üzrə texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə təlimatları və başqa rəhbər materialları;
  • Quyunu kəsməklə ikinci lülənin açılması sahəsində ən yeni yerli və xarici texniki nailiyyətləri;
  • Əməliyyatlara uyğun olaraq texniki hesablamaların aparılması qaydalarını;
  • Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını. 

Telegram kanalımız