Beynəlxalq tərəfdaşlıq və strateji inkişaf departamentinin böyük mütəxəssisi

Bakı

Dövlət Məşğulluq Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin strateji məqsəd və planlarının hazırlanmasında iştirak etmək;
  • Agentliyin strateji inkişaf istiqamətləri, habelə dövrü əməliyyat planlarının və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə hədəflərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin strateji məqsəd və planlarının icrasına nəzarət etmək;
  • Agentliyin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübələri araşdırmaq və təklif paketləri hazırlamaq;
  • Agentliyin fəaliyyəti üzrə təhlillər aparmaq, müqayisəli bençmarklar tətbiq etmək;
  • Funksional büdcə proqnozlaşdırma və büdcənin icrasına nəzarət proseslərində iştirak etmək.

Xüsusi tələblər

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, Hüquq, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
  • İş stajı: Minimum 2 il iş təcrübəsi (Strateji inkişaf, təhlil, planlanlaşdırma sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir).
  • Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (sərbəst), rus və digər dillər (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
  • Akademik və praktik mənbələrdən fərqli dillərdə araşdırma bacarığı;
  • Əmək bazarı və məşğulluq tədbirlərinin mövcud vəziyyətini və gələcək inkişafını təhlil etmə bacarığı;
  • Analitik düşüncə və təkliflərin təqdim edilmə bacarığı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız