Baş məsləhətçi ( İnformasiya texnologiyaları xidməti - Veb dizayner)

Bakı

Azərbaycan Respublikasının Baş Prokurorluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Baş Prokurorluğun veb-saytın dizaynının tərtib etmək, prezentasiya materiallarını, poliqrafiya və dizaynı çapa hazırlamaq;
  • bildiriş materiallarını hazırlamaq, o cümlədən bannerlər, qrafik material və illüstrasiyalar – sosial şəbəkələrdə və saytlarda yerləşdirilməsi məqsədilə, animasiyalı, həmçinin HTML5 bannerləri tərtib etmək;
  • fotoşəkilləri, illüstrasiyaları və qrafik materialları internetdə yerləşdirilməsi üçün hazırlamaq, mövcud dizaynda dəyişiklikləri, əsas konsepsiya çərçivəsində yeni elementləri əlavə etmək;
  • sayt və mobil tətbiq üçün dizayn üzərində işləmək;
  • piktoqram və vidcetləri tərtib etmək, onlayn-müraciət formlarını hazırlamaq;
  • elektron poçt abunə şablonlarını hazırlamaq, qrafik materialları müxtəlif qurğu və formatlara adaptasiya etmək;
  • hazırlanmış dizaynı və ya digər qrafik materialları veb-səhifə formatında tərtib etmək;
  • interaktiv sistem və sənədlərin dizaynını əvvəlcədən müəyyənləşdirilmiş standartlar üzrə məhdudlaşdırmaq.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Adobe Photoshop, Adobe İllustrator, Corel Draw, HTML, CSS, JavaScript
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA1

Telegram kanalımız