Baş məsləhətçi (Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektoru)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • aidiyyəti üzrə müqavilə və sazişlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • beynəlxalq təşkilatlarla mədəni irsin qorunması üzrə əməkdaşlığın təşkil edilməsində iştirak edir;
  • milli və beynəlxalq proqram və layihələrin həyata keçirilməsində iştirak edir;
  • mədəni irsin qorunması üzrə milli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
  • müvafiq yerli və beynəlxalq KİV-lərdə sahə üzrə yayımlanan yazı, veriliş və xəbərlərin, materialların gündəlik monitorinqlərinin aparılmasında iştirak edir;
  • Media qurumları, ictimai və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrini qurmaq və rəhbərliyin razılığı ilə lazımi məlumatların, o cümlədən məqalələrin və digər materialların hazırlanmasını təşkil edərək media qurumlarına təqdim edilməsində iştirak edir;
  • Xidmətin fəaliyyəti barədə KİV və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı, internet saytının yenilənməsini həyata keçirmək, rəsmi internet səhifəsi üçün məlumatlar hazırlamaq, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaların həmin saytda yerləşdirilməsini təmin edir;
  • Xidmətin mətbuat tədbirlərinin (mətbuat konfransı, müsahibə və s.) təşkil edilməsində iştirak etmək və tədbirlərdə KİV nümayəndələrinin iştirakını təşkil edir;
  • Fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və təkliflər hazırlayıb sektor müdirinə təqdim edir;
  • sektorun fəaliyyətinə aid digər vəzifələrin yerinə yetirilməsində iştirak edir;
  • sektor müdirinin tapşırığı ilə rüblük, yarımillik, illik hesabatlar hazırlayıb təqdim edir;
  • sektor müdiri tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir;
  • Dövlət Xidmətinin rəisi tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, mədəniyyət və incəsənət ixtisasları qrupu, xarici dil müəllimliyi (dillər üzrə), dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;Rus dili-B2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1

Telegram kanalımız