Böyük məsləhətçi (Salyan Regional İdarəsi)

Salyan

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • mühasibat qeydiyyatının standartlarını, mühasibat qeydiyyatının təşkili və aparılmasına dair normativ sənədləri və digər qanunvericilik aktlarını əsas tutaraq mühasibat qeydiyyatının ümumi prinsiplərinə riayət edir;
  • pul vəsaitlərinin hərəkəti, dövlət büdcəsinə vergilərin köçürülməsi və digər ödənişlərlə əlaqədar əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir; 
  • pul vəsaitlərinin düzgün və məqsədli xərclənməsinə nəzarət edir;
  • mühasibat sənədlərinin hazırlanması və onlar üzrə balans tərtib edir;
  • əsas fondların, pul vəsaitlərinin və digər maddi sərvətlərin uçotunu, həmçinin smeta xərclərinin yerinə yetirilməsini və işçilərlə əmək haqqı üzrə hesablaşmaları aparır;
  • Xidmətə  və aidiyyəti orqanlara təqdim edilməsi üçün müəssisənin aylıq, rüblük və illik hesabatlarını tərtib edir;
  • müəssisədə (debitor və kreditor) hesablaşmaları aparır;
  • İdarənin bank və kassa əməliyyatlarının uçotunu aparır;
  • İdarənin mal-material qiymətlilərinin hərəkətinin uçotunu aparır;
  • sahə  üzrə idarəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında iştirak edir;
  • İdarə rəisinin tapşırığı ilə rüblük, yarımillik, illik hesabatlar hazırlayıb təqdim edir;
  • İdarə rəisi tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir və s.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız