Aparıcı məsləhətçi (Ərazi planlaşdırılması sektoru)

Bakı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə işlərin aparılması və onların məlumat bazasının yaradılmasını təmin edir;
  • Ərazi planlaşdırılması sənədlərinin yerinə yetirilməsinin təmin etmək üçün şəhərsalma planlaşdırılması və layihələndirilməsi üzrə məqsədli və elmi texniki proqramların hazırlanmasında və hayata keçirilməsində iştirak edir;
  • Şəhərsalma sahəsinin inkişafının kompleks təhlil edilməsi və onun davamlı inkişafı üçün təkliflərin hazırlanmasında iştirak edir;
  • Səlahiyyətləri daxilində sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması işini həyata keçirir;
  • Təsdiq edilməsi üçün təqdim olunan ərazi planlaşdırılması sənədinin Komitənin sifarişi əsasında işlənilən və ya əvvəl mövcud olan baş plan layihəsinə uyğunluğunun araşdırılmasında iştirak edir;
  • Sektora daxil olan tapşırıqların vaxtında və düzgün icrasını təmin edir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada ərazi planlaşdırılması sahəsində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: yer quruluşu, torpaq və şəhər kadastrı, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi , şəhərsalma, memarlıq, inşaat mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: GIS, Autocad, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız