Böyük dispetçer (Nəqliyyat üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yol vərəqələrinin vaxtında təhvil vermək və onların düzgün rəsmiləşdirilməsini sürücülərdən tələb etmək;
  • Yol vərəqələrini qəbul etdikdə yol hərəkəti Qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini bildirən başqa normativsənədlər haqqında mövcud qeydlərə diqqət yetirmək və hər bir pozulma hadisəsi haqqında rəhbərliyə məlumat vermək;
  • Ezamiyyətə göndərilən sürücülərə yol vərəqəsində onun fəaliyyətini, iş rejimini və yolda sürücünün istirahət vaxtını qeyd etmək;
  • Sürücülər alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə, həmçinin yorğun və ya xəstə olduqda onlara yol vərəqəsi verməmək;
  • Dumanda, buz bağlamış yerlərdə, bərk qar düşən yerlərdə və s.-də sürücülərə ehtiyatlılığa riayət etmələri barədə xəbərdarlıq etmək və göstəriş vermək;
  •  Hidrometerioloji məlumatı qəbul etmək, nəqliyyat vasitələrinin hərəkət marşrutu üçün hava və yol şəraiti haqqında məlumatların jurnalda qeydiyyatını aparmaq və vaxtında bu məlumatları sürücülərə çatdırmaq;
  • Nəqliyyat vasitələrinin xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında istismar şöbəsinin rəisinə məlumat vermək;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə və yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndisə məlumat vermək.

Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə sahə üzrə mühəndis, mütəxəssis və yaxud rəhbər kateqoriyasında iş təcrübəsi nəzərdə tutulur.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word
  • Texnikanın istismarı normativi və digər rəhbər materialları;
  • Dispetçer işinin təşkilini;
  • Nəqliyyat işinin təşkili;
  • İstehsalın gedişinin tənzimlənməsi və operativ təşkili;
  • Müəyyən olunmuş hesabatın tərtibinin qayda və müddətlərini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını, istehsalat sanitariyasını, yanğından mühafizə və yol hərəkətinin qayda və normalarını.

Telegram kanalımız