Lizinq əməliyyatları üzrə baş mütəxəssis

Bakı

PSG Finans BOKT MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müraciət ərizələrini qəbul etmək, lizinq alanların ödəniş qabiliyyətinin və lizinq obyektinin təhlilini aparmaq;
  • Lizinq təhlil sənədlərini hazırlamaq və təsdiq üçün təqdim etmək;
  • Tələb olunarsa müraciətçilərin biznesinə səfər etmək, onların maliyyə məlumatlarını yoxlamaq yaxud hazırlamaq;
  • Müraciətçinin ödəniş qabiliyyətini və riskləri müəyyənləşdirmək;
  • Əldə olunan məlumatları çarpaz yoxlama üsulları ilə dəqiqləşdirmək;
  • Lizinq ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
  • Lizinq üzrə məlumatları düzgün şəkildə müştəri bazasına daxil etmək;
  • Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək lziiqn əməliyyatını həyata keçirmək;
  • Lizinq sənədlərinin qovluqlarını arxivləşdirilmək.

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadiyyat  və ya maliyyə  təhsilinin olması arzu olunandır);
  • Bu sahədə minimum 1 il təcrübə;
  • Sahənin tələb etdiyi çərçivədə qanunvericiliyin tələblərini bilmək;
  • Əldə olunan məlumatları təhlil etmək bacarığı;
  • Maliyyə hesabatlarını tərtib etmək bacarığı;
  • Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
  • Komunikasiya qabiliyyətinin yüksək olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız