Layihə idarəetməsi şöbəsi \ Böyük mütəxəssis

Bakı

Mərkəzi Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Proqram və layihə portfelinin idarə edilməsində iştirak edir;

Proqram və layihələrin planlaşdırılması, icrası və icrasına nəzarəti təmin edir;

Proqram və layihələr üzrə resurs ehtiyaclarının müəyyən olunması, onların bölgüsü və nəzarətini təmin edir;

Proqram və layihələr üzrə risk və məsələlərin müəyyən edilməsi, araşdırılması və həll olunmasına nəzarəti həyata keçirir;

Proqram və layihələr üzrə kommunikasiya və koordinasiyanı təşkil edir, hesabatlığın aidiyyəti üzrə təqdim edilməsini təmin edir;

Proqram və layihələrin xərclərinin izlənilməsi və xərclərə nəzarəti həyata keçirir;

Proqram və layihələr üzrə dəyişiklik müraciətlərinin araşdırılması və razılaşdırılmasını həyata keçirir;

Proqram və layihələr üzrə sənədləşmə və icra proseslərinə intelektual və metodoloji dəstək göstərir;

Proqram və layihələrin, eləcə də təşəbbüslərin prioritetləşdirilməsi, qərarvermə üçün zəruri dəstəyin göstərilməsini təmin edir;

Proqram və layihələrin, habelə strateji təşəbbüslərin ümumi strategiya ilə uyğunluğunu təmin edir;

Proqram və layihələr arasında asılılıqların müəyyən olunması və idarə olunmasını təmin edir;

Proqram və layihə idarəetməsi standartları üzrə maarifləndirmə məqsədilə layihə komandalarına, eləcə də bankdaxili təlimlərin keçirilməsində iştirak edir;

Beynəlxalq təcrübənin öyrənilməsi, layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını həyata keçirir.

Xüsusi tələblər

  • Azərbaycan dili Yüksək səviyyədə
  • İngilis dili Yüksək səviyyədə
  • Rus dili Orta səviyyədə
  • Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya (PMP, PRINCE2 və digər sertifikasiya) Mütləqdir
  • Davranış kompetensiyaları
  • Analitik düşüncə
  • Araşdırma aparma
  • Strateji düşüncə
  • Stressə dözümlülük
  • Təqdimat bacarıqları
  • Təşkilatçılıq və planlaşdırma
  • Ünsiyyətqurma
  • Vaxtın idarə edilməsi
  • MS Office proqramları (xüsusilə MS Project, MS Visio)

Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
Telegram kanalımız