İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis

Bakı

Bank Respublika
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankda katiblik işini təşkil etmək;
  • İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
  • İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
  • Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
  • Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvləri) görüşlərini təşkil etmək;
  • Bankın rəhbər işçilərinin ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
  • Bankın rəhbərliyinə beynəlxalq maliyyə institutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Nəticəyönümlülük;
  • İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız