Tibbi cihaz və avadanlıqlar şöbəsinə aparıcı məsləhətçi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təchizatla bağlı müraciətlərinə baxılması, tələblərə dair araşdırmaların aparılması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Tibb müəssisələrinin təchizatı ilə bağlı hesabatların aparılması, tələblərin toplanması, satın alınmasına dair planlamanın həyata keçirilməsi;
  • Tabelikdə olan tibb müəssisələrinin balansında olan əsas vəsaitlərin vahid sistemdən idarə edilməsi üçün məlumat bazasının işlənməsi və yenilənməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Elektron sənədlər dövriyyəsi vasitəsilə daxil olan aidiyyəti sənədlərin icra olunması;
  • Digər şöbələrdən daxil olan müraciət və sorğuların araşdırılması, aidiyyəti üzrə əlaqələndirilməsi və səlahiyyət çərçivəsində cavablandırılması;
  • Şöbənin aylıq və illik tədbirlər planının hazırlanmasında iştirak edilməsi və tədbirlərin icrası istiqamətində fəaliyyətin aparılması;
  • Dünyada tibb sahəsində texnoloji yeniliklərin izlənməsi, tibbi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təkliflərin hazırlanması;
  • Peşə bacarığı və bilik səviyyəsini davamlı şəkildə yüksəldilməsi;
  • Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
  • Rəhbəredici sənədlərin öyrənilməsi;
  • TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət edilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
  • Vakansiyaya son müraciət tarixi 18.02.2023-cü il;

Xüsusi tələblər

  • Ali təhsil (Texniki ixtisaslar üzrə magistr dərəcəsi, kompüter sistemləri və proqramlaşdırma, sənayenin təşkili və idarə edilməsi, biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, logistika, statistika, tibb ixtisasları üzrə);
  • İxtisası üzrə ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri (Azərbaycan dili sərbəst, ingilis, türk və rus dilləri yaxşı səviyyədə);
  • Kompüter bilikləri (Microsoft Word, Microsoft Outlook, Microsoft Excel və Microsoft Powerpoint proqramları, əməliyyat sistemləri üzrə yüksək bilik səviyyəsi);
  • Beynəlxalq təlimlərdə iştirak arzu olunandır;
  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması;
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq, nəticəyönümlülük, işə planlı yanaşma;
  • Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı;
  • Kollektiv ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız