Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
  • Cəmiyyət tərəfindən satışa çıxarılmış məhsullar haqqında müxtəlif informasiya kanalları vasitəsilə ictimaiyyətə məlumatların verilməsi, bu istiqamətdə həyata keçirilən layihələrin icrasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satış mağazaları ilə işin əlaqələndirilməsində, mağazaların fəaliyyəti haqqında hesabatların sektor müdirinə təqdim edilməsində iştirak etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək;
  • Məhsul çeşidlərinin artırılması ilə bağlı araşdırmaların həyata keçirilməsində iştirak etmək və bu istiqamətdə təkliflərin təqdim edilməsi;
  • Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
  • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Satışdan irəli gələn sənədlərlə bağlı işlərin icrası və sənədlərə nəzarətin edilməsi; (ödəniş sənədləri, aktlar, mədaxil, məxaric və s.)
  • Zəruri olan arayış və məlumatlar hazırlayaraq sektor rəhbərliyinə təqdim etmək.

Xüsusi tələblər

  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır. Microsoft Office proqramları üzrə biliklər.
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər.
  • Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil.
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Telegram kanalımız