Proqramlaşdırma şöbəsi \ Mühəndis-proqramçı (Backend)

Bakı

Mərkəzi Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mərkəzi Bankda həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
  • Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə proqram təminatlarının tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
  • Hazırlanmış proqram təminatının test rejimində yoxlanılmasını təşkil edir;
  • Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
  • İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində işi təşkil edir;
  • Cavabdeh olduğu informasiya sisteminin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
  • Başqasının yazdığı kodu oxuma və onun üzərində dəyişiklərin edilməsini həyata keçirir;
  • Kod keyfiyyətinin təmin edilməsi üçün tədbirlər həyata keçirir;

Xüsusi tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi)
  • Müvafiq sahə üzr  2 il iş təcrübəsi
  • Azərbaycan dili Yüksək səviyyədə
  • İngilis dili Orta səviyyədə
  • Rus dili Orta səviyyədə
  • Algorithm Design, Algorithm optimization üzrə biliklər;
  • Alqoritmlərin biznes proseslərə uyğunluğunu analiz etmə qabiliyyəti;
  • C#, JAVA, PL-SQL və ya digər proqramlaşdırma dilləri üzrə biliklər;
  • Mərkəzləşdirilmiş servis idarəetmə sistemlərinə (Tyk - API Gateway, IBM API Management, Google Apigee API Gateway və s) dair biliklərə üstünlük verilir.
  • .NET environment and .NET Core Stack tech - (e.g. ASP.NET/MVC, WCF , WEB API , SIGNALR, WPF, Entity Framework) üzrə biliklər;
  • Servis proqram təminatları (REST, SOAP) vasitəsilə informasiya mübadiləsinin təmin edilməsi üzrə biliklər;
  • Web Application serverlər (Weblogic, Tomcat, IIS və s.) üzrə biliklər;
  • Komandada işləmə
  • Texniki məsələləri gündəlik danışıq dilində izah etmək
  • Ünsiyyətqurma bacarığı

Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
Telegram kanalımız