Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək.
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək.
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq.
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq.
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək.
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək.
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək.
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq.
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək.
  • Smeta sənədlərinin uçotunu aparır, smeta-maliyyə hesablamalarını sistemləşdirmək.
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək.
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək.
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması.
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması.
  • Smetaların bazar qiymətləri ilə hesablanması.
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi).
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən ediləcəkdir.
  • İş qrafiki: həftə içi günlər saat 10:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 16:00-dək.
  • Müraciət üçün son tarix 25 fevral 2023-cü il.

Xüsusi tələblər

  • Mühəndis (inşaat sahəsi) ixtisası üzrə ali təhsil
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək.
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək.
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandı.
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+ və s. program bilikləri.
  • Analitik düşüncə tərzi.
  • Dəqiqlik, operativlik.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız