İnsan resursları inzibatçılığı və əməkhaqqı üzrə mütəxəssis

Bakı

İctimai TV
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bütün işçilərin İR sənədlərinin, əməkhaqqı hesablamalarının yerli qanunvericilik tələb və qaydaları, eləcə də şirkətin standart, siyasət və prosedurları ilə uyğunluğunu təmin etmək (iş saatlarına düşən iş müddəti, əlavə iş saatı, illik və əlavə məzuniyyət müddəti, işçilərin sayı və s. ilə bağlı ətraflı hesabatların hazırlanması/paylanması da daxil olmaqla);
  • Məzuniyyət saatlarının miqdarı, məzuniyyət əmrləri, xəstəliyə görə və əvəzi ödənilməyən məzuniyyətlər və digər işburaxma halları ilə bağlı sənədləşməni idarə etmək və onların qeydiyyatını aparmaq;
  • Bütün əməkhaqqı əməliyyatlarının təyin edilmiş işçilər üzrə dəqiq və vaxtında icra edilməsini təmin etmək üçün iş axınını idarə etmək;
  • İşçilərlə bağlı bütün məlumatları kompüter məlumat bazasında (1C,) və işçi sənədlərini, eləcə də işçilərlə bağlı məlumatları EMAS portalında yaratmaq, saxlamaq və yeniləmək;
  • Sərf olunan vaxtı qeydə almaq, təsdiq edilmiş iş qrafiklərinin dəqiqliyini nəzərdən keçirmək və təmin etmək;
  • İR inzibatçılığı və əməkhaqqı üzrə audit fəaliyyətlərində kömək etmək, eləcə də işçilərdən gələn İR inzibatçılığı və əməkhaqqı suallarını vaxtında cavablandırmaq;
  • Səfirliklər, banklar və s. üçün maaş/tövsiyə məktubları hazırlamaq;
  • İR inzibatçılığı və əməkhaqqı siyasət və proseduralarını hazırlanmaq, nəzərdən keçirmək, optimallaşdırmaq və avtomatlaşdırmaq;
  • İR sənədləşməsi və formalarının yenilənməsini və tam formada olmasını təmin etməklə yeni işə qəbul sənədlərini hazırlamaq və idarə etmək;
  • İR biznes tərəfdaşı vasitəsilə yeni işə götürülən işçilərin 3 aylıq sınaq müddətinə və əmək müqavilələrinin illik müddətinin başa çatmasına nəzarət etmək;
  • İR inzibatçılığı və əməkhaqqı ilə bağlı hər hansı digər məsələləri tapşırığa uyğun icra etmək;

Xüsusi tələblər

  • Insan resursları, Psixologiya, Iqtisadiyyat və yaxud oxşar sahələrdə ali təhsil; 
  • CIPD, SPHR, or PHR kimi İR üzrə kvalifikasiya olması üstünlükdür; 
  • İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi. 
  • Mükəmməl şəxsiyyətlərarası ünsiyyət bacarıqları, eləcə də məxfiliyi anlamaq və onu ən yüksək səviyyədə qorumaq qabiliyyəti. 
  • Güclü hesablama və rəqəmlərlə işləmək bacarığı 
  • Yerli qanunvericilik və şirkət standartları ilə bağlı ətraflı bilik
  • Təfərrüatlara dəqiq fikir verməklə planlaşdırma və təşkilati bacarıqlar. 
  • Azərbaycan və ingilis dillərində güclü şifahi və yazılı ünsiyyət bacarıqları. 
  • MS Office Suite proqramlarında yüksək səviyyədə işləmək bacarığı. 
  • MS Excel proqramı üzrə təkmil biliklər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız