Yük qatarlarının konduktoru (Kürdəmir)

Kürdəmir

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Vaqonların daşınma sənədlərinin qəbul edilməsi, təhvil verilməsi, maşinistin natura vərəqəsi üzrə göndərilən qatarların tərkibi ilə tanış edilməsi;
  • Açıq hərəkət, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanması;
  • Qatarın avtomat tormozlarının sınağında iştirak edilməsi;
  • Vaqonlarda və konteynerlərdə daşınan yüklərin mühafizəsinin təmin edilməsi;
  • Mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi;
  • Manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərliyin edilməsi.
  • Ünvan Kürdəmir rayonu,Kürdəmir stansiyası

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta təhsil
  • Manevrlərin keçirilməsi qaydaları üzrə biliklər;
  • Hərəkət heyətlərinin təşkil edilməsi-dağıdılması üzrə biliklər;
  • Tormoz başmaqlarının quruluşu və onlardan istifadə qaydaları üzrə biliklər;
  • Yollarda dayanan vaqonların bərkidilmə qaydaları və normaları üzrə biliklər;
  • Mərkəzləşdirilməmiş nişanların və yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların keçirilməsi qaydaları üzrə biliklər;
  • Qatarın çəpərlənmə qaydaları üzrə biliklər;
  • Vaqon və konteynerlərin quruluşu haqqında ümumi anlayışlar.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq

Telegram kanalımız