Azercell Təcrübə Proqramı / Biznes Təhlükəsizliyi Şöbəsi

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes Davamlılığı, Qəza Bərpa və Böhran İdarəetmə planlarını yeniləyərək Biznes Davamlılığının İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirmək və idarə etmək.
  • Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin qurulması.
  • “Azercell Telekom” MMC-nin işçiləri və ştatdan kənar işçi heyəti üçün Mülki Müdafiə təlimlərinin keçirilməsi.
  • İl ərzində mülki müdafiənin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinə hesabatların təqdim edilməsi.
  • Risklərin İdarə Edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərini həyata keçirmək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlamaq və yeniləmək.
  • Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirmək.
  • Təhlükəsizlik sistemləri və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda vaxtaşırı və müntəzəm inspeksiyalar keçirmək.
  • Bazar ertəsi – Cümə günləri, tələbələr üçün  çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə  və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

  • Tbilisi prospekti 149, AZ1122  Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).
  • Təcrübə müddəti 3 ay (6 aya qədər uzadıla bilər).
  • Təcrübə növü Ödənişsiz.

Xüsusi tələblər

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə tamam və ya natam Ali təhsil;
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili - yaxşı səviyyədə;
  • Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq;
  • Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları;
  • Yüksək ünsiyyət və təlim bacarıqları;
  • Risklərin Idarə Edilməsi üzrə bilik;
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi;
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi;
  • Sürücülük təcrübəsi;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
  • Yekun nəticəyə yönəlmə bacarığı.
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Baş vermiş təhlükəsizlik insidentlərinin dəqiq, düzgün və aydın şəkildə hesabatının hazırlanması üçün yüksək yazılı bacarıqlarının olması;
  • MS Office kompüter proqramından istifadə etmək bacarığı.

Telegram kanalımız