İnsan Resursları üzrə Mütəxəssis

Bakı

Sinteks Group of Companies
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnsan Resursları üzrə Mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.
  • İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır 
  • Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir
  • İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır
  • İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır 
  • Bank kartları və əmək kitabçalarını sifariş edir 
  • İllik məzuniyyət planını hazırlayır
  • Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir
  • Əmək haqqı prosesi ilə  bağlı məlumatları ERP sistemə daxil edir 
  • İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir

Xüsusi tələblər

  • Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil 
  • İR Administrasiyası üzrə sertifikat
  • İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi
  • İR Administrasiyası 
  • Əmək qanunvericiliyi
  • MS Office və ERP Programları
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Məsuliyyət
  • Detallara diqqət 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız