Baş mühasibin müavini

Bakı

Italdizain Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Baş mühasibin müavini müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilinə və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
  • İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqi uzrə işə, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasına, eləcə də inventarlaşdırmanın aparılması qaydasının təmin olunmasına, təsərrüfat əməliyyatlarının aparılmasına nəzarətə, mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət olunmasının rəhbərliyində iştirak edir;
  • İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqi uzrə işə, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasına, eləcə də inventarlaşdırmanın aparılması qaydasının təmin olunmasına, təsərrüfat əməliyyatlarının aparılmasına nəzarətə, mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət olunmasının rəhbərliyində iştirak edir;
  • Müəssisə tərəfindən həyata keçirilən butun təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinin, ona nəzarətin, operativ məlumatların təqdim edilməsinin, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsində, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları uzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak edir;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində, lazımi hallarda muvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə iştirak edir;
  • Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır;
  • Göstərilən xidmətlərin hesablaşmaları üzrə mühasibat uçotunun aparılmasına, pul vəsaitlərinin hərəkətinə, mühasibat hesabatının formalaşdırılması uçun mühasibat sənədlərinin tərtibinə nəzarət edir;
  • Göstərilən xidmətlərə görə hesablaşmaların vəziyyəti barədə tam və etibarlı mühasibat məlumatlarını təqdim edir;
  • Müəssisənin əməkdaşlarına mühasibat uçotu, nəzarəti, hesabatı və iqtisadi təhlili məsələləri üzrə metodik köməklik edir.

Xüsusi tələblər

  • Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat) 
  • Maliyyə-mühasibatlıq sahəsində, o cümlədən rəhbər vəzifələrdə ən azı 3 il iş staj.
  • Mühasibat barədə qanunvericiliyi; 
  • Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
  • Müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;
  • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini;
  • Yoxlama və sənədli təftişin aparılması qaydasını;
  • Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
  • Əmək qanunvericiliyinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
  • Azərbaijan dili  – sərbəst;
  • Rus dili – sərbəst;
  • İngilis dili - orta.
  • MS Office, 1С:Mühasibatlıq, Vergi hesabatları, BTP

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız