Kredit Yoxlanışı üzrə Kiçik İşçi (Balakən)

Balakən

FINCA Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadə etmək imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti

Xüsusi tələblər

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;
  • Orta ixtisas (kollec) və ya ali təhsil; Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahələr üzrə ixtisaslı namizədlərə üstünlük verilir;
  • İş Təcrübəsi: Mikromaliyyə və ya Bank sahəsində, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik, fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, fikirlərini yazıda dəqiq ifadə etmək bacarıqları;

Telegram kanalımız