Performansın idarə olunması üzrə mütəxəssis

Bakı

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Performans İdarəolunmasına dair proqram, strategiya, siyasət, prosedur, proses, təlimat və departamentlərin performans məsələlərinin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında köməklik etmək;
  • Performans İdarəetmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək;
  • Əsas maraqlı tərəflərlə əlaqə quraraq strateji iş məqsədləri ilə əməkdaşların gündəlik fəaliyyət və vəzifələri arasında əlaqə yaratmaq;
  • Hədəfi təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;
  • Təşkilat səviyyəsində performansın idarəedilməsi və performasın təkmilləşdirilməsi proqramlarının idarə və koordinasiya etmək;
  • Şirkətimizin korporativ mədəniyyətinə və fəaliyyətinə müsbət təsir göstərmək üçün işçilərin və rəhbərliyin bütün səviyyələri üçün təşkilat səviyyəsində performans fəaliyyətini inkişaf etdirmək və idarə etmək;
  • Performans qiymətləndirmə sistemində əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin və əsas dəyərlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib edir;
  • Performans qiymətləndirmənin nəticələrini, performans inkişaf planlarını, mükafatlandırma, , öyrənmə və inkişaf fəaliyyətlərinə yenidən baxılması ilə bağlı müraciətlərə cavabların verilməsi ilə əlaqədar nəticələrinin icrasını bütün şöbə rəhbərləri ilə əlaqələndirir;
  • Məqsəd və vəzifələri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasına kömək etmək. Hər bir departament üçün Əsas İcra Göstəricilərini (KPI) təyin etmək üçün beynəlxalq meyarlardan istifadə etmək;
  • Seçilən göstəricilərin kəmiyyət və keyfiyyət göstəriciləri arasında tarazlığı təmin etmək.

Xüsusi tələblər

  • İnsan resurslarının əmək fəaliyyətinin idarəolunması sahəsində 3-5 il iş təcrübəsi;
  • Ali təhsil (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resurslarının İdarəolunması və ya İş Fəaliyyətinin İdarəolunması sahəsində müvafiq sertifikatlar əlavə üstünlükdür;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
  • İşgüzar Azərbaycan dilini mükəmməl səviyyədə (yazılı və şifahi) bilmək. İngilis dili əlavə üstünlükdür.
  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Telegram kanalımız