Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Bakı

Kapital Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəhbərlik tərəfindən Bank əməliyyat sistemlərinin (BƏS) inkişafı ilə bağlı daxil olan tapşırıqların analizini apararaq sistemlərin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi;
  • BƏS-ə aid olan dəyişikliklərin mövcud standartlar əsasında icra və tətbiq edilməsi;
  • BƏS-in işləmə prinsipi və standartların başa düşülməsi və bu qaydaların inkişafı ilə bağlı təkliflər verilməsi;
  • BƏS üzrə hazırlanacaq yeni servis və funksionallıqları icraya götürmədən öncə komanda üzvləri ilə birlikdə müzakirə aparıb, asılılıqların müəyyən edilməsi;
  • Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
  • BƏS-in fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsinin təmin edilməsi;
  • BƏS-in fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icra edilməsi.

Xüsusi tələblər

  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Alqoritm nəzəriyyəsi bilikləri;
  • Oracle verilənlər bazası üzrə proqramlaşdırma təcrübəsi (SQL və PL/SQL dil bilikləri);
  • Bank prossesləri haqqında məlumatlı olmaq və bank sistemləri ilə iş təcrübəsi;
  • Analitik düşüncə;
  • Komanda tərkibində və fərdi işləmə bacarığı.

Telegram kanalımız